22 Mayıs 2013 Çarşamba

İlk avtomobil


İlk avtomobil


İlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərəkətə  gətirilə bilən zirehli arabanın
layihəsini işləyir. 1600-cü ildə hollandiyalı riyaziyyatçı Simon Stevin külək enerjisi ilə işləyən 30 nəfəri nəql etməyə imkan verən araba düzəldir. 1769-cu ildə fransız ixtiraçısı Kuno (Nicholas Cugnot) ilk dəfə olaraq buxarla işləyən hərbi avadanlıqları dartmaq üçün üç təkərli araba düzəldir. Onun bu maşını nəinki avtomobilini, hətta
paravozun əcdadı hesab edirlər. XİX əsrin əvvəlində yığcam və güclü daxili yanma mühərriklərinin yaranması ilə avtomobilqayırmanın inkişafı üçün geniş imkanlar açılır. 1885-ci ildə alman mühəndisi Daimler, 1886-cı ildə isə onun həmkarı Benç ilk dəfə olaraq benzinlə işləyən, özü hərəkət edən maşınları ixtira edərək patent alırlar. 1895-ci ildə Benç öz ilk avtobusunu düzəldir. XİX əsrin sonunda avtomibil sənayesi üçün amerikalı sənayeçi Fordun işləri böyük rol oynamışdır. O ilk dəfə olaraq sənayedə axın xəttini tətbiq etmiş və bunla da istehsalatda işin təşkilinin yeni formasını tətbiq etmişdir. Onun düzəltdiyi avtomobillər uzun müddət şöhrət gazanmışlar.

İnternetin, televizorun, soyuducunun, telefonun və sairə qurğuların yaranma tarixi ilə bağlı məlumatlarla tanış olmaq üçün "Texnologiya" bölməsini ziyarət edə bilərsiniz.



Hiç yorum yok:

Yorum Gönder