Göyçayın tarixi
"Göyçay"
əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından
götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə
çaldığına görə belə adlandırılmışdır. Bəzi tarixi mənbələrə görə rayon əhalisi,
əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına
formalaşmışdır.
XIX əsrin 50-ci illərində Şamaxıda baş verən
zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və
bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin
Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında
Bakı quberniyasın
ın tərkibində Göyçay qəzası yaradıldı. Qəza
mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. Göyçay
şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır. 1918-ci ildə burada türk və erməni qoşunları
arasında Göyçay döyüşü baş vermişdir. Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylıar yaxından
iştirak etmişlər. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması
uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid vermiş, 44 nəfər itkin düşmüş, 106
nəfər əlil olmuşdur. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar
1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir.
Göyçay rayonu
Göyçay rayonu Azərbaycan
Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük
Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25
km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km² sahəni əhatə edir.
Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax
magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18
kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı,
cənub-şərqdən Kürdəmir , cənubdan Ucar və qərbdən
Ağdaş rayonu ilə həmsərhəddir.
Rayon iki geoloji rayona – dağlıq və
düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə
isə rayonun qalan ərazisini aid etmək olar. Ərazi geoloji quruluşuna görə
Kaynazoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın IV
dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür.
Ümumiyyətlə, rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum
kimi çöküntülər 10-15 santimetr qalınlığında qat kimi örtür.
Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir.
Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla
zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında
çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində
zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal
olunur.
Rayonun bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Dağlıq hissəsində kolluqlar vardır. Heyvanat aləmi o qədər də
zəngin deyil.
Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və qurusubtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə
səciyyələnir. Rayon ərazisində illik yağıntının miqdarı 400-600 mm-dir.
Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir.
Göyçay rayonu azərbaycan incəsənətinə, ədəbiyyatına və elm aləminə
bir çox töhvələr vermişdir:
1. Həbibi — XV əsr
Azərbaycan şairi;
2. Rəsul Rza —
Azərbaycanın xalq şairi;
3. Ənvər
Məmmədxanlı — Azərbaycanın xalq yazıçısı;
4. Əli Kərim —
şair;
5. Anar —
Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri;
6. Rauf
Hüseynov — fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir
üzvü;
7. İnqilab Kərimov —
sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü;
8. Hümmət Hüseynov — texnika elmləri
doktoru, professor;
9. Nüsrət Xəlilov — geologiya-mineralogiya elmləri
doktoru, professor;
10. Elçin
Xəlilov — geologiya-mineralogiya elmləri doktoru, professor, ictimai
xadim;
11. Elmira
Zamanova — fizika-riyaziyyat elmləri doktoru, professor;
12. Arif
Məmmədov — filologiya elmləri doktoru, professor;
13. Şövqi
Göyçaylı — coğrafiya elmləri doktoru, professor;
14. Əli
Səmədli — yazıçı;
15. İsgəndər
Coşqun — şair;
16. İbrahim
Göyçaylı — şair, əməkdar incəsənət xadimi;
17. Sadıq bəy
Ağabəyzadə — general-mayor, Azərbaycan Demokrartik Respublikasının Daxili
işlər nazirinin müavini;
18. Əjdər
Xaspoladov — SSRİ ədliyyə generalı;
19. Yuri
Kovalyov — Azərbaycanın ilk Milli Qəhrəmanı;
20. Telman
İsmayılov — dunya miqyasli iş adamı, milyarder;
21. Şahin
Sultanov — vitse-admiral;
22. Məhiyəddin
Mirzəyev — Sovet İttifaqi Qəhrəmanı;
23. Qafur
Məmmədov — partizan, Sovet İttifaqi Qəhrəmanı;
24. İsmayil
Məmmədov — partizan, Sovet İttifaqi Qəhrəmanı;
25. Şəmsəddin
Hacıyev — Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru;
26. Hüseynağa
Hadıyev — Azərbaycanın xalq artisti, müğənni.
Göyçayın iqtisadiyyatı
Ənənəvi olaraq Göyçay rayonunun iqtisadiyyatında kənd təsərrüfatı,
emal sənayesi və sənayenin digər sahələri aparıcı rola malik olmuşdur. Bununla
belə, rayonda telekommunikasiya, tikinti, nəqliyyat, ticarət, iaşə və s. xidmət
sahələri də inkişaf etmişdir. Göyçay rayonu SSRİ dövründə çox güclü sənaye
potensialına malik olmuşdur. Rayonda əvvəllər fəaliyyət göstərən Toxuculuq
Kombinatı, Konserv Zavodu, Yeyinti Məhsulları Kombinatı, Avtomobil Təmiri
Zavodu respublikanın iri müəssisələrindən sayılırdı. Sovetlər İttifaqının
dağılması ilə digər respublikalarla iqtisadi ələqələrin qırılması rayonun iri
sənaye müəssisələrinin fəaliyyətinin müvəqqəti dayanması ilə nəticələndi.
Hazırda bu müəssisələrdə təssərrüfat fəaliyyətinin davam etdirilməsi
istiqamətində fəal iş aparılır.
"Göyçay-Süd" Açıq Tipli Səhmdar Cəmiyyətinin istehsal
etdiyi süd məhsulları respublikanın paytaxtı Bakı şəhərinin ticarət
şəbəkələrində ən rəqabətqabiliyyətli məhsullardan hesab olunur. Bu məhsullar
həmçinin qonşu Gürcüstan Respublikasına ixrac edilir. Müəssisənin istehsal
etdiyi meyvə şirələri, əsasən, Rusiya, Ukrayna, Estoniya, Moldova, İsrail kimi
ölkələrə göndərilir. SSRİ dövründə Sovetlər İttifaqının ən iri şəhərlərinə nar
şirəsi göndərən Göyçay nar emalı zavodunda da hazırda intensiv yenidənqurma
işləri aparılır. Rayonda ətlik və yumurtalıq istiqamətində quşçuluğu inkişaf
etdirmək üçün münbit imkanlar vardır. Rayon ərazisində 528 min başlıq broyler,
200 min başlıq və 45 min başlıq quşçuluq kompleksləri vardır. İstər
heyvandarlıq, istərsə də quşçuluq sahəsinin yemə olan tələbatını ödəmək üçün
yüksək keyfiyyətli qüvvəli yem istehsal etmək üçün 100 tonluq yem zavodu
vardır.
Rayonda yeni istehsal sahələri yaratmaq üçün kifayət qədər yerli xammal ehtiyatları vardır. Belə ki, rayonda hələ keçən əsrin əvvələrində yerli gil xammalından yüksək keyfiyyətli örtük materialı – kirəmit istehsal olunurdu. Daha müasir texnoloji avadanlıqlar tətbiq etməklə şiddətli şaxtalara, doluya, həmçinin radiasiyaya qarşı davamlı dam örtüyü istehsalını bərpa etmək imkanları vardır. Yerli gildən həm də sanitariya qovşaqları üçün avadanlıqlar, tüstü boruları üçün boşluqlu kərpiclər, saxsı su boruları istehsal etmək olar. Rayonun mövcud emal müəssisələrində yeyinti sənayesinin ən müxtəlif sahələrini inkişaf etdirmək üçün real şərait vardır. Göyçay rayonunun əraizisində xalqımızın tarixi keçmişini əls etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid "Surxay" qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərizdə qədim dövrlərdən insan məskənlərininmövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş Yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasında daxildir.
Mənbə: http://www.goychay.az
Həbibi
Məşhur
Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi təqribən
1470-1475-ci illərdə, indiki Göyçay qəzasının Ucar rayonunda Bərgüşad kəndində anadan olmuşdur. Əsl adı mənbələrdə
çəkilmir. Rəvayətə görə uşaqlıqda çobanlıq etmiş Həbibi təsadüf nəticəsində gənc
yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Rəvayətdə qeyd olunur ki, bir dəfə quzu otararkən o Ağqoyunlu
hökümdarı Sultan Yaquba rast gəlmiş, saraya gətirilmiş və burada xüsusi müəllimlərin
əhatəsində şair kimi yetişmişdir. Onların qarşılaşma səhnəsi Şah İsmayıl Xətayinin
oğlu Sam Mirzə yazılarında belə məlumata rast gəlinmişdir. "Sultan Yaqub ova çıxdığı zaman quzu otaran uşağa rast gəlir. Öz xidmətçisini göstərib quzuların kimə məzsus olduğunu öyrənmək istəyir. Uşaqla xidmətçi arasında belə söhbət gedir:
-Bu quzular kimindir?
-Qoyunların
-Kəndinizin böyükləri kimdir?
-Öküzlər hamıdan böyükdür.
-Kəndə gələnləri kim qarşılayır?
-Sənin kimi əziz adamları itlər
qarşılayır.
Xidmətçi qəzəblənib deyir:
-Ay nə çapaydım səni.
Uşaq cavab verir:
-Atını çap ki, yoldaşlarına çat.”
Sam Mirzənin yazdığına görə, Həbibi
Sultan Yaqubun sarayında istedadlı şair kimi parlayır. Ağqoyunluların
süqutundan sonra isə Səfəvilər sarayında yaşamışdır. Şah İsmayıl Xətayi
onu “Yüzrəddin bəy” adlandırırdı. Səfəvilər sarayında Həbibi Məlik
üş-şüara (şairlərin başçısı) rütbəsi qazanır. Çaldıran vuruşmasından (1514)
sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə
dəqiq məlumat yoxdur. Sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı
dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeri
(qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şerlərində insan
ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir. Həbibinin
yaradıcılığı Azərbaycan şerinə (Şah İsmayıl Xətai, Füzuli və başqaları),
ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şerlərinin dili
əksər hallarda xalq ifadə tərzinə yaxın və sadədir. Çətin anlaşılan ərəb və
fars tərkibləri azdır. Həbibinin şeirlərini Türk alimi Fuad Körpülü çap
etdirmişdir.
mənbə: www.ucaliyiq.biz
Rəsul Rza
Rəsul Rza 1910-cu il may ayının 19-da Azərbaycanda anadan olmuşdur. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur. Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur. 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır. Rəsul Rzanın "Bu gün" adlı ilk şeri 1927-ci ildə "Qığılcım" almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir. Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı ("Vətən" (1942), "İntiqam! İntiqam…" (1943) şer kitabları, "Ölməz qəhrəmanlar" (1942), "Qəzəb və məhəbbət" (1943) hekayə və oçerk topluları, "Vəfa" (1943) pyesi və s). Bədii cəhətdən ən güclü əsərlərindən biri "Lenin" poemasıdır. 60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi ("Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şer kitabları). "Qızıl gül olmayaydı" (1958-61), "Bir gün də insan ömrüdür", "Xalq həkimi" (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. "Rənglər" (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da ("Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979) kitabları) əsas mövzusudur. Uşaqlar üçün də yazmışdır ("Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var ("Mənim fikrimcə" kitabı, 1967). Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şer və poemalarını, Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını, H.Lonqfellonun "Hayavata haqqında mahnı" poemasını, C.Q.Bayron, A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir. R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə,R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. R.Rza təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirir.
Əli Kərim
Əli Kərim 22 mart 1931-ci ildə Azərbaycanın Göyçay şəhərində
dünyaya gəlmişdir. Atası Paşa kiçik bir idarəçi olmuşdur. Orta təhsilini
bitirdikdən sonra M.Əlivev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
Teatrşünaslıq fakültəsində üç illik təhsil almışdır. (1949-1951). Sonra
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmuşdur. Buranı fərqlənmə
diplomu ilə bitirmişdir (1951-1955). İş həyatına "Azərbaycan"
jurnalında ədəbi işçi olaraq başlamış (1959), ömrünün sonuna qədər də bu
jurnalın poeziya şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Ədəbi
yaradıcılığa 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində nəşr olunan
"Təzə müəllim" şeriylə başlamışdır. 1957-ci ildə Moskvada
tələbələrarası VI. Ümumdünya Festivalında "İlk simfoniya" adlı
poeması mükafata layiq görülmüşdür.
Hələ Moskvada tələbə ikən qələmə alıb nəşr etdiyi "İki
sevgi" və "Qaytar ana borcunu" əsərləri ədəbiyyata yeni bir
qələmin imzasının gəlişindən xəbər verirdi. 1950-ci illərdə qələmə aldığı
"Daş" şeiri isə ədəbiyyatın təbiət elmləriylə bütünləştiyindən xəbər
verən ilk və qiymətli bir əsərdir. "Şəhidliyin zirvəsi", "Füzuli",
"Babəkin qolları", "Bülbülün xatirinə", "Habilə",
"Kürə yağış yağırdı" – bədii təhlillərlə, psixologi şərhlərlə,
düşüncə yumaqlarıydı hörülmüş bu şeirlər; Azərbaycan ədəbiyatında 1960-cı
illərin öndə gələn bədii örnəklərindəndir. Predmetli,
assosiativ fərdi üslub şairin epik tərzdə yazdığı şeirlərində də nəzərə çarpır. "İlk
simfoniya"dan sonra "Üçüncü atlı" da gerçəkçi bir psixologiya
ilə qələmə alınır. Əsər romantik rus şairi M.Y.Lermontova, onun Qafqaz
səfərinə, Türk ruhuna və dilinə bəslədiyi böyük sevgi üzərinə qurulur. "Bir
səs haqda ballada", "O mənə danışdı ki", "Heykəl və
heykəlin qardaşı" pyesləri də həm şəkil-üslub, həm də düşüncə baxımından
1960-cı illərdə Azərbaycan mətbuatında büyük maraqla qarşılanan əsərlərdir.
Şair mənzum əsərlər də qələmə almış; "Mavi nəğmənin sahillərində"
pyesini və "Pillələr" romanını mənzum nəsr tərziylə yazaraq
ədəbiyyatın bu sahəsinə də möhürünü vurmuşdur. 30 iyul 1969-cü ildə
Bakıda vəfat etmiştir. Göyçayda torpağa tapşırılmışdır.
"Qaytar ana borcunu!"
mənbə: vikipedia.az
Hiç yorum yok:
Yorum Gönder