Otlarla müalicə
Dünyanın bir çox ölkələrində xüsusi ilə Çində və Hindistanda müalicə üçün dərmanlar əsasən bitkilərdən hazırlanır. İnsanlar 100000 ildən çoxdur bitkilərlə müalicə olunurlar. Hələ eramızdan 3000 il əvvəl çinlilərə 350-dən çox müalicə bitkisi məlum idi. Hazırda Çində 5000-ə yaxın, Hindistanda, Cənub-Şərqi Asiyada 8000-dən çox dərman bitkisi istifadə olunur.
Söyüd-Aspirin
Çox əvvəl insanlar ağrılarını azaltmaq üçün söyüd qabıqlarını çeynəyirlərmiş. Sonralar söyüdün qabığından və otlardan indiki aspirinin əsasını təşkil edən dərman hazırladılar. Bu qarışığa topulqa deyirdilər, topulqa latınca "spire" deməkdir. Bundan da aspirin sözü yaranıb.
Bambuk
Bambuk-ən faydalı, vəhşi halda bitən bitkidir. Ondan kağız alınır, ev tikilir, mebel, qəlyan, boru, fırça və bir çox başqa bəzək əşyaları düzəldilir. Bəzi bambuk növləri qida kimi istifadə olnur.
Qızdırmanın dərmanı
Cənubi Amerikanın And dağlarında biən kinə ağacından alınan kinə, qızdırma xəstəliyinin profilaktikasında və müalicəsində əsas vasitədir. Kinə tapılana qədər hər il qızdırmadan 2 milyon adam ölürdü.
Baş ağrısı dərmanı
Qız piretrumunun aşındırıcı şirəsi var və o, qızçiçəyi fəsiləsinə aiddir. Qədimdən onun vasitəsilə baş ağrısını və isitmə xəsəliklərini müalicə edirdilər.
Ballıca
Ballıcanın tünd qırmızı və ya fırfır rəngli gülləri, çil-çil yarpaqları var. Astma xəstəliyinin müalicəsində ondan isifadə olunur.
Koka və kola
Bütün dünyada məşhur olan köpüklü içki Cənubi Amerikada bitən koka və kola bitkilərinin şirəsindən hazırlanır. Kolanın toxumları kofeinlə zəngin olduğu üçün tənzimləyici vasitəsidir. Kokadan güclü ağrıkəsici dərman alınır və ondan stomatologiyada istifadə olunur.
Xanımotu
Xanımotunun parlaq, çox zəhərli şirəsi var. Bununla belə ondan "atropin" dərmanının hazırlanmasında istifadə olunur. Tibbi müayinə zamanı atropin göz bəbəklərini genişləndirir.
Nəhəng dinozavrlar
Nə vaxtsa Yer kürəsində yaşamış heyvanların ən nəhəngi dinozavrlar olmuşdur. Onlar quruda yaşamışlar. Ən nəhəngi isə bitkiyeyən zauropodlardır. Zauropodların bir neçə növü mövcud olsa da hamısının oxşar cizgiləri: nəhəng gövdələri, uzun boyunları və quyruqları, balaca başları olmuşdur. Onların bəzilərinin boyu dördmərtəbəli ev hündürlüyündə olub.
Zauropod
Braxiozavr
Apatozavr
Otlarla müalicə
Dünyanın bir çox ölkələrində xüsusi ilə Çində və Hindistanda müalicə üçün dərmanlar əsasən bitkilərdən hazırlanır. İnsanlar 100000 ildən çoxdur bitkilərlə müalicə olunurlar. Hələ eramızdan 3000 il əvvəl çinlilərə 350-dən çox müalicə bitkisi məlum idi. Hazırda Çində 5000-ə yaxın, Hindistanda, Cənub-Şərqi Asiyada 8000-dən çox dərman bitkisi istifadə olunur.
Söyüd-Aspirin
Çox əvvəl insanlar ağrılarını azaltmaq üçün söyüd qabıqlarını çeynəyirlərmiş. Sonralar söyüdün qabığından və otlardan indiki aspirinin əsasını təşkil edən dərman hazırladılar. Bu qarışığa topulqa deyirdilər, topulqa latınca "spire" deməkdir. Bundan da aspirin sözü yaranıb.
Bambuk
Bambuk-ən faydalı, vəhşi halda bitən bitkidir. Ondan kağız alınır, ev tikilir, mebel, qəlyan, boru, fırça və bir çox başqa bəzək əşyaları düzəldilir. Bəzi bambuk növləri qida kimi istifadə olnur.
Qızdırmanın dərmanı
Cənubi Amerikanın And dağlarında biən kinə ağacından alınan kinə, qızdırma xəstəliyinin profilaktikasında və müalicəsində əsas vasitədir. Kinə tapılana qədər hər il qızdırmadan 2 milyon adam ölürdü.
Baş ağrısı dərmanı
Qız piretrumunun aşındırıcı şirəsi var və o, qızçiçəyi fəsiləsinə aiddir. Qədimdən onun vasitəsilə baş ağrısını və isitmə xəsəliklərini müalicə edirdilər.
Ballıca
Ballıcanın tünd qırmızı və ya fırfır rəngli gülləri, çil-çil yarpaqları var. Astma xəstəliyinin müalicəsində ondan isifadə olunur.
Koka və kola
Bütün dünyada məşhur olan köpüklü içki Cənubi Amerikada bitən koka və kola bitkilərinin şirəsindən hazırlanır. Kolanın toxumları kofeinlə zəngin olduğu üçün tənzimləyici vasitəsidir. Kokadan güclü ağrıkəsici dərman alınır və ondan stomatologiyada istifadə olunur.
Xanımotu
Xanımotunun parlaq, çox zəhərli şirəsi var. Bununla belə ondan "atropin" dərmanının hazırlanmasında istifadə olunur. Tibbi müayinə zamanı atropin göz bəbəklərini genişləndirir.
Nəhəng dinozavrlar
Nə vaxtsa Yer kürəsində yaşamış heyvanların ən nəhəngi dinozavrlar olmuşdur. Onlar quruda yaşamışlar. Ən nəhəngi isə bitkiyeyən zauropodlardır. Zauropodların bir neçə növü mövcud olsa da hamısının oxşar cizgiləri: nəhəng gövdələri, uzun boyunları və quyruqları, balaca başları olmuşdur. Onların bəzilərinin boyu dördmərtəbəli ev hündürlüyündə olub.
Zauropod
Ən ağır dinozavr
Superzavrların və ultrazavrların aşkar olunmuş sümükləri belə güman etməyə imkan verir ki, onların hər ikisi braxiozavrlardan da nəhəng və ağır olmuşlar. Çempion ultrazavrın uzunluğu 30 metr, hündürlüyü 12 metr, çəkisi 130 ton olub. Bu, 20 filin çəkisinə bərabərdir.
Superzavr
Ultrazavr
Ən iri yırtıcı
Tirannozavr ən iri yırtıcı dinozavrlardan olub. Onun uzunluğu 15 metrə qədər, boyu 5 metrə qədər çatıb. Təkcə başı 1 metrdən çox olub. Belə dinozavrlar ağzını geniş açıb adamı diri-diri uda bilərmiş.
Ən kiçik dinozavrlar
Ən kiçik və ilk dinozavrlardan biri yırtıcı saltop olmuşdur. Onun gövdəsi iri toyuqlarda olduğu kimi 60 sm uzunluğunda idi. Saltop çox cəld idi və qaçağan kərtənkələləri, uçan həşəratları asanlıqla tuturdu. 1984-cü ildə Avstraliyada bitkiyeyən balaca leallinozavrın daşlaşmış cəsədi tapılmışdır. Uzunluğu 2 metr olan bu dinozavr saltopa oxşayırdı.
Leysan meşəsinin bitkiləri
Liana
Liana ağacların gövdələrinə sarmaşaraq budaqlarıdan yelləncək ipi kimi sallanır. Meymunlar və sincablar liananın vasitəsi ilə ağacdan-ağaca, budaqdan-budağa asanlıqla tullanırlar.Ən hündürboylu ağaclar
Yağışyığan yarpaqlar
Üzən bitkilər
Papirus
Bizim üçün ən vacib bitkilər
Şirin ağacı
Şəkər bitkiləri
Kartofun vətəni
Yağ bitkiləri
Kakao ağacı
Yeyilən bitkilər
Kofe bitkisi
Süd ağacı
Buğdanın vətəni
Çörək ağacı
Heyvan və böcəkləri yeyən bitki
Köpəkbalığı
Təxminən
400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə
qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər.
Hazırda
bütün dünyada 350 nov köpək balığı vardır, bunlardan ancaq 8 növü təhlükəlidir.
Ən böyük köpək balığı 20 metr uzunluğunda Rhincodon typis,ən kiçiyi isə 20 sm
uzunluğunda Etmopterus peryyi-dir. Böyük köpək balıqları böyüklüyünə baxmayaraq
mikroskopik canlılarla qidalanırlar. Köpək balıqlarının çoxalması 3 formada
olur:
1.
Ovipar-balıqlarda olduğu
kimi döllənmiş yumurtanı xaricə buraxırlar.
2.
Vivipar-balalarını
bədənində daşıyırlar.
3.
Ovovivipar-döllənmiş
yumurtanı bədəndə gəzdirir, vaxtı tamam olduqda xaricə buraxır.
İybilmə
və eşitmə köpək balıqlarında güclü inkişaf etmişdir. Onlar qan iyini 3 km-dən hiss edirlər. Ən
zəif səsləri duyurlar, gəldiyi yolu təyin edə bilirlər. Hansı ki, insan su
altında səsi təyin edir, lakin gəldiyi yolu təyin edə bilmir.
Köpək balıqlarının ən əhəmiyyətli duyğu
orqanı isə "Lorenzini ampul" deyilən elektroreseptor hüceyrələrdir.
Bunlar başda yerləşir, 1 mm-lik kanallarla xaricə açılırlar.
Köpək balığı ova yaxınlaşdıqda qoxu və
eşitmə ilkin rol oynayır. Ovu tapdıqda ətrafında cizgilər cızmağa başlayırlar.
Ova doğru yaxınlaşdıqda gözləri qorunmaq məqsədilə geriyə doğru qıyılır, ayrıca
qapaqla qapanırlar. Bundan sonra ətrafda ancaq elektroreseptor üzvlər fəaliyyət
göstərirlər.
Köpək balığının bir sıra faydalı tərəfləri
vardır. Onun qığırdağı xərçəng xəstəliyinin müalıcəsində istifadə olunur. Bu
halda xərçəng tam müalıcə olunmasa da yayılmasının qarşısı alınır. Qığırdağın
digər əhəmiyyəti onun artritlərdə, bakteriya, virus mənşəli infeksiyalarda
istifadə olunmasıdır.
Köpək balığının bəzi növlərinin çox
dərinliklərdə yaşaya bilməsinin sirrini axtaran alimlər bunu onun qara ciyərilə
əlaqələndirirlər. Köpək balığının qara cıyərində squalene deyilən maddə vardır.
Bu maddə yağlıdır, oksigeni asanlıqla çəkir və ehtiyac olunan toxumaya
ötürülməsini asanlaşdırır. Bununla da immun sistemi
güclənir.
Ən Böyük Balina
Vaxtilə Yerdə yaşamış məməlilərin ən nəhəngi olan balinanın adı-Göy balinadır. Onun uzunluğu 30 metrdən çox, çəkisi minimum 90 tondur. Bəzilərinin çəkisi bundan iki dəfə çox olur. Nəhəng olduğuna baxmayaraq Göy balina acgöz deyil. O, krillə-xərçəngəoxşar xırda varlıqlarla qidalanır. Göy balina gün ərzində 4 milyona qədər belə varlıqları udur. Göy balinanın balası 7 metr uzunluğunda doğulur. Heyvanlar aləmində bu ən iri doğulandır. Onun çəkisi təxminən 8 ton-yaşıl fildən çox olur. Qozbel balinalar saatlarla yüksək tonlu fitdən tutmuş uğultuyadək səslər çıxararaq "oxuyurlar".
Balanın doğulması
Balinanın balası doğularkən anasının bətnindən boğulmasın deyə quyruğu irəlidə gəlir. Başı görünən kimi anası və yaxınlıqda olan dişi balinalar onu suyun üstünə qaldırırlar ki, ilk nəfəs alsın.
Balinanın sürəti
Göy balina adətən 8 km/s sürətlə hərəkət edir. Lakin narahat vaxtı 30 km/s sürətlə üzə bilir. Bəzi kiçik balinalar, məsələn, balina-pilotlar və delfinlər 50 km/s sürətlə üzə bilir.
Kisəlilərin 260 növündən çoxu Avstraliyada və Yeni Zellandiyada yaşayır. Onların 80 növünə Cənubi Amerikada rast gəlmək olar, bir növ Şimali Amerikada yaşayır. Avstraliyada yaşayan oposumlar kisəlilərin ən kiçikləridir, uzunluğu 5 sm olur.
Əksər erkək kisəlilərin çantası var. Ancaq bəzi cırtdan kisəlilərdə bu yoxdur. Məsələn, Cənubi Amerika torpaqeşənində kisəni məmələrinin kənarındakı dəri qatları əvəz edir.
Kenqurunun 60-a qədər növü məlumdur. Avstraliyada və Yeni Zellandiyada onların hamısına rast gəlmək olur. Kenquru növlərinin ən böyüyü Kürən (sarı) kenqurudur. Onun çəkisi 90 kq-a yaxındır. Ən balacası isə muskus kenqurusudur, çəkisi cəmi yarım kq-dır.
Marallar kimi Şimal yarımkürəsində yaşayan kenqurular da otla və qısaboylu bitkilərin yarpaqları ilə qidalanırlar.
Primatlar dəstəsi içərisində lemurlar daha çox inkişaf etmişlər. İnsanabənzər meymunlar içərisində üç meymun ailəsi diqqəti daha çox çəkir. Birincisi-hibbonlar, ikinci-qorillalar, şimpanze və oranqutanlar, üçüncü isə-insanlar.
Memunların nəhəngi qorilladır. Yaşlı qorillanın boyu 2 metrə çatır. Çəkisi 250 kq-dan çoxdur. Dişiləri iki dəfə yüngüldür. Ekvatorial Afrikanın meşələrində yaşayırlar. Qorillalar ailəsinə beli ağ yunlu erkək meymun başçılıq edir. Ailədə bir neçə dişi meymun və müxtəlif yaşlarda balalar olur. Qorillalar bitkilərlə qidalanırlar. Şirə ilə zəngin olan yarpaqlar, kiçik budaqlar, qönçələr, meyvələr onları susuzluqdan qoruyur.
Onurğa beyni birinci boyun fəqərəsi sərhəddində uzunsov beyinə və Varolio körpüsünə keçir. Uzunsov beyində və Varolio körpüsündə bir sıra mühüm mərkəzlər yerləşmişdir. Burada tənəffüs mərkəzi yerləşir ki, karbon qazının qanda artması onun oyanmasına səbəb olur. Burada yerləşən azan sinirin nüvəsi-parasimpatik sinirin mərkəzi daim oyanmış halda olur və ürək fəaliyyətinə ləngidici təsir göstərir. Əmmə, çeynəmə, udma, çeynəmə, udma, qusma mərkəzləri də burada yerləşir. Qusma mərkəzi reflektor və neyro-humoral yolla oyanır. Qusma aktı nəfəs verdikdə baş verir, bir neçə dəfə dərindən nəfəs aldıqda tormozlanır. Tər, gözyaşı ifrazı, asqırma, öskürmə mərkəzləri də buradadır.
Kenqurunun çantası
Kisəlilər
Hamıda kisə yoxdur
Kenqurunun növləri
Kenqurunun yemi
Meymunlar
Ən balaca meymun
Cırtdan iqrunka Cənubi Amerikanın tropik meşələrində yaşayır. Çəkisi 150 qramdır. Bədəninin uzunluğu 13-37 sm, quyruğu 15-22 sm-dir.İnsanabənzər meymunlar
Ən iri meymunlar
İnsan beyni
Yaşadığımız dünya ilə bağlı bütün məlumatlar bizə beş duyğu vasitəsiylə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Bütün bu prosesdə fəal iştirak edən və informasiyanı təmin edən orqanların işini tənzimləyən beyindir.
Mərkəzi sinir sistemi
Baş beyin
Baş beyin kəllə boşluğunda yerləşərək, çəkisi orta hesabla 1360 qram olur. Qeyd etmək lazımdır ki, zehni inkişaf dərəcəsi ilə beynin çəkisi arasında bilavasitə əlaqə yoxdur. İnsanın baş beyni üç əsas hissədən- beyin kötüyündən, beyincikdən və beyin yarımkürələrindən təşkil olunmuşdur. Beyin kötüyünə uzunsov beyin, Varolio körpüsü, rombabənzər boğaz, beyin ayaqcıqları, orta və ara beyin daxildir. Baş beyində 12 cüt kəllə sinirinin, o cümlədən, qoxu, görmə, üçlü eşitmə-müvazinət, üz, azan, dilaltı, dil-udlaq və s. sinirlərin mərkəzləri yerləşir.
Onurğa beyni
Onurğa beyni 41-45sm uzunluğunda olub, öndan arxaya doğru yastılaşmış silindr şəklindədir. O, onurğa kanalında yerləşmişdir. Yuxarı ucu birinci boyun fəqərəsinin yuxarı kənarı bərabərində uzunsov beyinə keçir. Onurğa beyni quruluşca ağ və boz maddədən ibarətdir. Ağ maddə xaricdə, boz maddə isə daxildə yerləşir. Onurğa beyninin iki əsas funksiyası vardır: reflektor və nəqledici funksiya. Reflektor funksiyası hərəkəti təmin edir. Onurğa beyni baş beyni ilə birlikdə daxili orqanların: ürəyin, mədənin, sidik kisəsinin, cinsiyyət orqanlarının işini tənzim edir. Onurğa beyninin ağ maddəsi nəqledici funksiyanı yerinə yetirməklə mərkəzi sinir sisteminin bütün şöbələri arasında əlaqə yaradır və bunların bir-biri ilə əlaqəli şəkildə işləməsini təmin edir.
Uzunsov beyin
Orta beyin
Orta beyinə böyük beyin ayaqcıqları və orta beyin qapağı aiddir. Boşluğuna isə beynin su kəməri təşkil edir. Orta beyində skelet əzələlərinə daim sinir impulsları göndərən nüvələr yerləşir, sinir impulsları həmin əzələlərin tonusunu (gərginliyini) təmin edir. Görmə və eşitmə, səs qıcıqlarına qarşı əmələ gələn oriyentasiya (səmtləşmə) reflekslərinin qövsləri də orta beyindən keçir. Bu reflekslər sayəsində biz başımızı və bədənimizi qıcığa tərəf çeviririk. Fəal qamətin saxlanılması reflekslərinin əmələ gəlməsində də orta beyinin böyük əhəmiyyəti vardır.
Beyincik
Uzunsov beyinin və Barolio körpüsünün üzərində yerləşir. Beyincik xaricdən boz maddədən əmələ gəlmiş qabıqla örtülmüşdür. Ağ maddə beyincik kütləsinin çox hissəsini təşkil edib, baş beyninin digər şöbələri, dəri və əzələlərlə anatomik rabitə yaradır. Beyinciklə yarımkürələr arasında möhkəm ikitərəfli rabitə vardır. Bu rabitə hesabına beyincik iradi və qeyri-iradi hərəkət aktlarının koordinasiyasını (dəqiqliyini) tənzim edir. Bununla da skelet əzələlərinin tonusu, insanın bədən kütləsinin fəzada normal müvazinəti nizamlanır. Beyincik eyni zamanda orqanizmdə vegetativ funksiyaların nizamlanmasında bilavasitə iştirak edir.
Ara beyin
Mürəkkəb hərəkət reflekslərinin çox hissəsi ara beyinlə əlaqədardır. Ara beyin maddələr mübadiləsinin, insanın qida və su qəbulunun, bədən temperaturunun daim bir qaydada olmasını tənzim edir.
Ön beyin
Saş və sol yarımkürələrdə təşkil olunmuşdur. Insanda beyin yarımkürələri daha çox inkişaf etmişdir. Yetkin insanın beyin qabığının ümumi sahəsi orta hesabla 0,14-0,22kv. Metrə bərabərdir. Burada cəmi 14-18 milyard neyron vardır. Yarımkürələrin üzəri qırışıqdır. Hər yarımkürə şırımlarla alın, təpə, gicgah, ənsə paylarına bplünür. Burada hissi və hərəki nahiyələr vardır. Duyğu orqanlarından, dəri, daxili orqanlar, əzələ və vətərlərdən gələn impulslar hissi nahiyəyə daxil olur. Bu nahiyələrin heyronları oyandıqda, müvafiq hissiyat əmələ gəlir. Görmə nahiyəsi ənsə payında, arxada dəri-əzələ hissiyatı nahiyəsi, təpə payında dad və qoxu nahiyəsi, mərkəzi şırımdan arxada hissi, öndə hərəki nahiyə yerləşmişdir.
mənbə: vikipedia.az
mənbə: vikipedia.az
Hiç yorum yok:
Yorum Gönder