Azərbaycanım



Azərbaycanım mənim


Azərbaycan Respublikası —Cənubi Qafqazda dövlət, Xəzər dənizi  hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan  qərbdən Ermənistan və Türkiyə, və cənubdan İran  ilə həmsərhəddir. Azərbaycanın olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla  qərbdə və Türkiyə  ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı  şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20 faizini təşkil edir.
1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında", Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.
Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan yeddi müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür. 
Rəsmi dili Azərbaycan dilidir. Dövləti idarə edən isə cənab  prezident - İlham Əliyevdir.

Azərbaycan Respublikasının Dövlət Rəmzləri

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.


Dövlət Bayrağı


 Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.


Dövlət Gerbi                                                                                    





Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.



Dövlət Himni                                                                     

                                                            


1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.


Musiqisi: Üzeyir Hacıbəyovun

Sözləri: Əhməd Cavadındır

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!




Azərbaycan - qan yaddaşım



İşğal olunmuş rayonlar haqqında qısa məlumat

Kəlbəcər

İşğal olunmuşdur: 1993-cü il 2 aprel
Ərazisi: 1936 km2 Əhalisinin sayı 55000
Şəhid olmuşdur: 217 

Əlil olmuşdur: 49
Milli qəhrəmanlar: 2

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
  • Sənaye və tikinti obyekti: 29
  • Mədəni – məişət obyekti: 134
  • Qəsəbə və kənd: 132
  • Tarixi abidə: 87

Xocavənd

İşğal olunmuşdur: 1992-cü il 2 oktyabr

Ərazisi: 1458 km2 

Əhalisinin sayı: 9011
Şəhid olmuşdur: 145

Əlil olmuşdur: 48
Erməni işğalçıları tərəfindən dağıdılmış,yandılmış və talan olunmuşdur:
  • Mədəni – məişət obyekti: 75
  • Qəsəbə və kənd: 19
  • Tarixi abidə: 15


Ağdam

İşğal olunmuşdur: 1993 – cü il 23 iyul 
Ərazisi: 1154 km2

Əhalinin sayı: 158000
Şəhid olmuşdur: 538

Əlil olmuşdur: 587
Milli qəhramanlar: 17

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
  • Sənaye və tikinti obyekti: 48
  • Mədəni – məişət obyekti: 598
  • Qəsəbə və kənd: 122
  • Tarixi abidə: 27
  • Dövlət dram teatrı

Laçın

İşğal olunmuşdur: 1992 – ci il 18 may 
Ərazisi: 1875 km2 

Əhalinin sayı: 60000
Şəhid olmuşdur: 259

Əlil olmuşdur: 225
Milli qəhramanlar: 6

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
  • Mədəni – məişət obyekti: 575
  • Qəsəbə və kənd: 26
  • Şəhər, qəsəbə və kənd: 10
  • Tarixi abidə: 12

Şuşa

İşğal olunmuşdur: 1992 - ci il 8 may
Ərazisi: 289 km2

Əhalinin sayı: 24900
Şəhid olmuşdur: 193

Əlil olmuşdur: 102 
Milli qəhramanlar: 5

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
  • Sənaye və tikinti obyekti: 27
  • Mədəni – məişət obyekti: 103
  • Şəhər, qəsəbə və kənd: 31
  • Tarixi abidə və muzeylər: 249
  • Tarixi abidə: 17

Xocalı

İşğal olunmuşdur: 1992-cü il 26 fevral
Ərazisi: 970 km2 

Əhalinin sayı: 11567
Şəhid olmuşdur: 613

Əlil olmuşdur: 657
Milli qəhrəmanlar: 10

Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:

  • Sənaye və tikinti obyekti: 29
  • Mədəni - məişət obyekti: 80


Cəbrayıl


İşğal olunmuşdur: 1993 – cü il 23 avqust
Ərazisi: 1050 km2

Əhalinin sayı: 52049
Şəhid olmuşdur: 347

Əlil olmuşdur: 172
Milli qəhramanlar: 4

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
  • Mədəni – məişət obyekti: 197
  • Qəsəbə və kənd: 90
  • Tarixi abidə: 27

Füzuli


İşğal olunmuşdur: 1993 – cü il 23 avqust
Ərazisi: 1112 km2 

Əhalinin sayı: 95940
Şəhid olmuşdur: 528 

Əlil olmuşdur: 1309
Milli qəhramanlar: 6

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
  • Mədəni – məişət obyekti: 145
  • Qəsəbə və kənd: 54
  • Tarixi abidə: 15

Qubadlı

İşğal olunmuşdur: 1993-cü il 31 avqust
Ərazisi: 826 km2 

Əhalinin sayı: 33800
Şəhid olmuşdur: 232 

Əlil olmuşdur: 146

Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:

  • Mədəni-məişət obyekti: 205
  • Qəsəbə və kənd: 94
  • Tarixi abidə: 12

Zəngilan

İşğal olunmuşdur: 1993-çü il 29 oktyabr 
Ərazisi: 707 km2 

Əhalinin sayı: 35500 
Şəhid olmuşdur: 191 

Əlil olmuşdur: 110
Milli qəhrəmanlar: 2

Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:

  • Mədəni- məişət obyekti: 138
  • Qəsəbə və kənd: 81
  • Tarixi abidə: 13




Qarabağ bizimdir!



  Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ...Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan...Qarabağ bizim həm ürəyimizi dağlayan sağalmaz yara, həmdə bizim gələcəyə olan tək ümidimizdir.



     Qarabağ...Vətənimizin dilbər guşəsi...Dünyanın ən gözəl yerlərindən biri...Hər bitkisi min dərdə dəva, hər bulağının suyu bir möcüzədir. Onun gözəlliyi hamını heyran edir. Qarabağ igid, qəhrəman cəsur oğul və qızları ilə fərqlənən bir yerdir. Bu bölgə sənətkarların yaratdıqların sənət nümunələrinə görə çox məşhurdur. Qarabağ kəlağayısı Qarabağ və Azərbaycan xanlıqlarının milli simvoludur.
   Vətənimizin dilbər güşəsi olan Qarabağ təbii sərvətləri ilə çox məşhurdur. Dünyanın heç bir yerində yetişməyən bitkilər burada yetişir. Xarı bülbül kimi nadir bitki yalnız Qarabağ torpağında yetişərək bu torpağın nə qədər möcüzəli və qeyri-adi olduğunu sübut edir. Heç təsadüfi deyil ki xalqımızın ən məşhur sənətkarlarını, müğənnilərini, bəstəkarlarını və xanəndələrini bu torpaq yetişdirmişdir. Bu sənətkarlardan ən tanınmışları Üzeyir Hacıbəyov, Xan Şuşinski, Bülbül, Cabbar Qaryağdıoğludur.Onlar xalqımızın musiqisini, mədəniyyətini bütün dünyaya tanıtmışdılar.Belə sənətkarların yetişməsinin səbəbi Qarabağın möcüzəli havası, suyu və torpağıdır.Qarabağın qızlarının gözəlliyi hamı tərəfindən bilinir. Molla Pənah Vaqifin Qarabağ gözəllərini tərif etdiyi şerləri hamı tərəfindən əzbər bilinir. Yəqin ki oranın təbiətindəndir ki qızları bu qədər gözəl, oğlanları isə ucaboy, enlikürək və cəngavərdirlər.
   Qarabağ mədəniyyəti tək bir sahədən ibarət deyil. Qarabağ xalçalaraı bütün dünyada məşhurdur. Qarabağ xalçalarına aid məmulatların bədii tərtibatına həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, eləcədə dekorativ və təsviri sənətin müxtəlif naxışları aiddir. “Aran”, “Baxçadagüllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Ləmbərani” kimi xalçalar Qarabağ xalqının möcüzəli əl işləridir. Bu xalçalar dünyanın bir çox tanınmış muzeylərində nümayişə qoyulmuşdur. Xarici vətəndaşlar da bu xalçalara bizim qədər maraq göstərirlər.
   VXIII əsrin ortalarında Qarabağ xanlığı yaranmışdır. Xanlığın görkəmli xanlarından biri də İbrahimxəlil xan olmuşdur. O, Qarabağ üçün bir çox işlər görmüşdür. Onun nəvəsi Xurşidbanu Natavan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır. O, Qarabağ əhalisinə ürəkdən bağlı olmuşdur. Əhalinin rahat və firavan yaşamağı üçün əlindən gələni əsirgəməmişdir. Öz həyatını xalqına həsr etmişdir. Xalqımızın belə ağıllı, uzaqgörən, bilikli bir qızı olmağı çox sevindirici bir haldır.
    Qarabağın atları da çox məşhurdur. Ən yaxşı cins atlar burada yetişdirilmişdir. Əsasən qızılı-kürən və kəhər atlardır. Onlar dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar.
   1992-ci ildə erməni cəlladları torpaqlarımızın iyirmi faizini işğal etdilər. Qarabağ da işğal olundu. O qanlı faciədən artıq iyirmi il ötüb. Qarabağ uğrunda döyüşlərdə xalqımız bir çox şəhidlər vermişdir. İgid, cəngavər oğullarımız, qeyrətli, namuslu vətənpərvər qızlarımız vətən uğrunda qəhrəmancasına həlak olmuşlar.
 Qarabağ bugün bizim yolumuzu gözləyir. 
   Bizim hər birimizin ən böyük arzusu qələbə, işğal olunmuş torpaqlarımızın, Qarabağımızın geri qaytarılması və azad olunmasıdır. Mən inanıram ki həmin şad günü həsrətlə gözləyən, qələbə sevinci yaşamaq istəyən arzularımız gerçəkləşərək Qarabağ həsrətimizə son qoyulacaq. Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq!

Hiç yorum yok:

Yorum Gönder