Yerin tarixi
Günün uzunluğu
Bir gün ərzində Yer öz oxu ətrafında bir dəfə fırlanır. Ulduzlar yerlərinə 23 saat 56 dəqiqə 4,09 saniyədən bir qayıdırlar. Bu, ulduzlu gün adlanır. Amma günəşli gün 24 saat davam edir, çünki Yer Günəş ətrafında fırlanır və o, əlavə dərəcəyə dönməlidir ki, bu göy cismi səmada yerini tutsun.
Yerin tərkibi
Yerin nüvəsi (özəyi)dəmirdən və nikeldən, qabığı isə əsasən oksigendən və silisiumdan ibarətdir. Onların arasında ərgin silisium və kükürd birləşmələrindən ibarət olan mantilər, həmçinin onların oksidləri yerləşir.
Yerin ölçüsü
Peyklər vasitəsi ilə aparılan ölçülər göstərir ki, planetimizin çevrəsi ekvatorda 40024 km., diametri isə 12578 km.-dir. Qütblərdə Yerin diametri 43 km. azdır.
İlin uzunluğu
İl ərzində Yer Günəşin ətrafında bir dəfə dövr edir. Onun qət etdiyi məsafə 938886429 km.-dir. Bu məsafəni Yer dəqiq 365,24 günə keçir. Beləliklə, təqvim 365 gündən ibarət olur. 0,24 günü itirməmək üçün hər 4 ildən bir fevralın axırında təqvimə 1 gün artırılır. Həmin il-uzun il adlanır. Ancaq hər 4 əsrdən bir uzun il buraxılır.
Yer yeganə planetdir ki, hərarət suyun üzdə (səthdə)qalmasına imkan yaradır, atmosferdə isə oksigen var. Onların hər ikisi-su və oksigen canlı həyat üçün çox vacibdir.
Ay işığı-Günəş şüalarının Ay səthindəki əksidir. Ayın üstü düşən meteroitlərin əmələ gətirdiyi, bir çoxlarının isə qədim palçıq axınları ilə örtüldüyü (onlar Ay dənizləri adlanır)kraterlərlə doludur.
Biz ay ərzində fəzada Ay dairəsinin ölçüsünün necə dəyişildiyini görürük. Bu ona görə baş verir ki, Yer fırlanarkən Ayın Günəş işıqlandırdığı tərəfi müxtəlif bucaq altında görünür. Ay təzə çıxdığı vaxt Günəşlə Yer arasında olur və biz onun yalnız işıqlanan hissəsini, orağa bənzər kənarını görürük. İlk iki həftə ərzində onun eni artır və bütöv dairəyə çevrilir. Növbəti iki həftə ərzində işıq düşən sahə azalır, ancaq bir parça qalır.
İlk dəfə Aya "Apollon-11" kosmik gəmisinin köməyi ilə Amerika astronavtları Nil Armstronq və Edvin Oldrin ayaq basmışlar. Onlar Ay səthinə 1969-cu il iyulun 21-də düşmüşlər. Aya enəndə Nil Armstronq bu sözləri demişdir: "Bu, insan üçün kiçik addım, bütün bəşəriyyət üçün isə böyük sıçrayışdır."
Günəş sistemində ən kiçik planetdir. 18 fevral 1930-cu ildə Clyde Tombaugh tərəfindən kəşf edilib. Böyüklüyü Ayın altıda biri qədərdir, sıxlığı suyun iki qatıdır.
Dənizləri: Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzi (dəniz hesab olunur).
kvadrat kilometrlik meşə sahəsində yüzlərlə növ quşa rast gəlmək mümkündür. Borneoda 10 ağacdan nümunə götürdükdə, 2.800-dən çox oynaq ayaqlı heyvan növü aşkar edilmişdir. Tropik meşələrdə yaşadığı təxmin edilən böcək növünün sayı milyonlarladır.
Meşədəki bəzi növlər arasında uyğunluq vardı. Belə ki, biri olmadan digəri də yaşaya bilməyəcək qədər bir-birlərindən asılıdırlar. Yağış meşəsindəki ağacların 90%-i toxumlarını yaymaq üçün heyvanlara ehtiyac duyurlar. Digər tərəfdən, böcək sürfələri, tırtıllar, quşlar və digər heyvanlar da bu ağacların toxumlarıyla qidalanırlar. Məsələn, əncir ağacı növləri ilə əncir ağcaqanadı növləri bir-birlərindən elə asılıdırlar ki, ayrı olaraq nəsillərini davam etdirə bilməzlər. Əncir ağcaqanadları olmasa, əncir ağacları öz-özlərini dölləndirə bilməzlər; əncir ağacları olmasa, əncir ağcaqanadları təbii həyat sahələrindən məhrum qalarlar. Tropik bölgələrdə 900-dən çox əncir növünün hər biri üçün fərqli bir növ əncir ağcaqanadı tapılır.
Ay Planeti
Ay Yerin təbii peykidir, bizim planetin ətrafında 4 milyard ildir fırlanır. Ay Yerdən təxminən 4 dəfə kiçik olan daş kürədir. Hər iki planet qarşılıqlı cazibə qüvvəsinə hesabına öz orbitlərində dayanırlar. Alimlər hesab edirlər ki, Ay Yerin ilkin inkişaf mərhələsində yaranmışdır. Bu hadisə Yerin digər "azmış" planetlə toqquşmağı zamanı baş vermişdir. Zərbə o qədər güclü olmuşdur ki, "azmış" planet kiçik qızmar hissələrə parçalanaraq kainata səpələnmişdir. Sonradan həmin hissəciklər cazibə qüvvəsi ilə birləşərək Ay planetini əmələ gətirmişlər. Göydə ən parlaq obyekt Aydır. Ancaq o, öz-özünə işıq saçmır.Ay işığı-Günəş şüalarının Ay səthindəki əksidir. Ayın üstü düşən meteroitlərin əmələ gətirdiyi, bir çoxlarının isə qədim palçıq axınları ilə örtüldüyü (onlar Ay dənizləri adlanır)kraterlərlə doludur.
Ayın səfhələri
Ay tutulması
Yerin ətrafına fırlandıqca Ay hərdən onun Günəş işığı keçməyən kölgəsinə düşür, bu hadisə Ayın tutulması adlanır. Biz belə məqamda baxanda Yerin dairəvi kölgəsinin Ayın səthində süründüyünü görürük.Ayda ilk dəfə
Merkuri
Merkuri-ən kiçik ikinci planetdir. Şumerlər dövründən etibarən tanınır. Böyüklük baxımından 9 planet arasında səkkizinci yeri tutur və Günəşə ən yaxın planetdir. Adını Roma mifologiyasında ticarət və səfər tanrısı olaraq bilinən Merkuridən alıb. Adi gözlə görünə bilən 5 planetdən biri (digərləri Venera, Mars, Yupiter və Saturn)olaraq insanların diqqətini həmişə çəkmişdir. "Yer bənzəri" quruluşlu planetlər sinfinə girməkdədir. Günəşə yaxınlığı səbəbiylə yer üzündən izlənilməsi çətindir və haqqında bilinənlər məhduddur. Peyki yoxdur. Merkuridə istidən qoruyan atmosfer qatı yoxdur. Ona görə də hərarət kəskin surətdə dəyişir. Gündüz hava 430 dərəcəyədək qızır, gecə isə 180 dərəcəyədək aşağı düşür.Venera
Venera Planeti Günəş Sistemində Günəşə uzaqlaıq baxımından ikinci planetdir. Köhnə Roma tanrısı Veneradan (köhnə Yunan Mifologiyasında Afrodita) adını almışdır. Böyüklüyü baxımından Dünya ilə bənzərliyi göstərildiyindən "Yer bənzəri" quruluşlu planetlər sinfinə girməkdədir.Səmada Günəşə yaxın mövqedə olduğundan və orbiti Günəşə daha yaxın olduğundan Yerdən yalnız Günəş doğulmazdan əvvəl və ya batdıqdan sonra görlə bilir. Buna görə də Venera "Axşam Ulduzu" və ya "Dan Ulduzu" olaraq da adlandırılır. Bir başqa dı da "Çoban Ulduzu"dur. Görülə bildiyi zaman səmada ən parlaq cisim olaraq diqqət çəkir. Veneranın havası insan üçün çox təhlükəlidir. Hava əsasən zəhərli karbon qazından və sulfat turşusu buludundan ibarətdir. Atmosfer qatı çox qalındır. Ona görə də atmosfer təzyiqi çox böyükdür.Mars
Qırmızı planet olaraq tanınan Mars Günəş sisteminin dördüncü planetidir. Adı Köhnə Romadakı döyüş tanrısı Marsdan götürülmüşdür. Gecə təmiz bur havada sadə bir teleskopla görülə bilər. XX əsrin 70-ci illərində buraxılan "Vikinq" cihazları Marsda həyat izləri aşkar etməmişdir. Ancaq 1996-cı ildə planetdən gətirilən torpaqda mikroskopik elementlər aşkara çıxarılmışdır. Alimlər hesab edirlər ki, bunlar kiçik viruslar ola bilər.Yupiter
Günəş sistemindəki ən böyük planetdir, antik dövrlərdən bəri tanınır. Günəşdən uzaqlığa beşinci sıradadır. Adını Roma tanrılarından ən böyüyü olan Yupiterdən alıb. Böyük ölçüdə hidrogen və heliumdan meydana gəlməklə qaz nəhəngləri sinfinə girməkdədir. Başqa planetlərə nisbətən Yupiter çox sürətlə fırlanır. Bu nəhıng öz oxu ətrafında 9,8 saat ərzində bir dövrə vurur. Yupiterin 16 peyki vardır. Onlardan dördü, yəni ən böyüklərini 1610-ci ildə Galileo kəşf edib. Bu səbəbdən onlar Galileo peykləri adlanır. Qalan peykləri kiçik həcmdədir.Saturn
Saturn-ən böyük ikinci planetdir. Halqaları ilk dəfə 1610-cu ildə Galileo tərəfindən müşahidə olunub. Adını Roma əkinçilik tanrısı saturnusdan alıb. Adi gözlə görünən 5 planet sırasına daxildir. Saturnun 18-dən çox peyki vardır. Onlardan biri - Yapetin bir tərəfi ağ, digər tərəfi qaradır. Enselad peyki isə buz kristalları ilə örtülüdür. Titan isə günəş sistemində öz atmosferi olan yeganə peykdir.Uran
Diametr olaraq üçüncü olan böyük planetdir. 1690-cı ildə John Flamsteed tərəfindən kəşf edilib. Uran Günəşdən uzaqlıq məsafəsinə görə yeddinci planetdir. Adını Yunan mifologiyasındakı səma tanrısı Uranosdan alıb. Qaz nəhəngləri sinfinə girməkdədir. Başqa planetlərdən fərqli olaraq Uranın fırlanma oxu, demək olar ki, düz bucaq altında əyilmişdir.Neptun
Diametrinə görə dördüncü böyük planetdir. 28 dekabr 1612-ci ildə Galileo tərəfindən kəşf edilib. Kütlə baxımından Yupiter və Saturndan sonra üçüncü, diametr baxımından isə bu iki planet və Uranın ardından dördüncü sırada gəlir. Adını Roma dəniz tanrısı Neptunusdan alıb. 1846-cı ildə Urbain Le Verrier və Johann Gottfried Galle tərəfindən tapılmışdır. Qaz nəhəngləri sinfinə daxildir. Neptunda 1 il 164,79 ilə bərabərdir. Çünki, Günəşdən uzaqlığı 4 mld.km-dən çoxdur.Pluton
Okeanlar
Şimal Buzlu okeanı
Şimal Buzlu Okeanı - Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşir. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrelandiya adaları vasitəsi ilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır - 14,75milyob kv.km. Avrasiya sahilləri boyu Şimal dəniz yolu keçir. Şimal Buzlu Okeanında bir çox dənizlər vardır. Ən dərin yeri Qrenlandiya (5527 m)dənizidir.Hind okeanı
Hind Okeanı - Dünyanın sahəsinə görə üçüncü okeanıdır. Yer səthinin təqribən 20 faizini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 73,556,000 kv. km., həcmi isə 292,131,000 kv. km.-dir.Dənizləri: Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzi (dəniz hesab olunur).
Atlantik okean
Atlantik Okean-sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okeandır. Sahəsi ona bitişik dənizlərlə birgə 106 mln kv.km., həcmi 329,7 mln kv. km., ən dərin yeri-8742 metrdir (Puerti-Riko çökəkliyi). "S" hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktika qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür: Cənubi Atlantik və Şimali Atlantik. Adı Yunan mifologiyasının qəhrəmanı titam Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Heredotun yazdığı Tarix əsərində rast gəlinmişdir.Sakit okean
Sakit Okean-4 okeandan ən böyüyüdür.179,7 mln kv. km. sahəsi olan Sakit okean Yer planetinin təxminən üçdə bir hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19000 km, şimaldan cənuba doğru isə 16000 km məsafədə uzanır. Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsi ilə baş verir. Sakit okean Yer kürəsinin üçdə bir hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur. Okean ekvator boyunca geniş məsafədə uzanır, ona görə də ən isti okean hesab olunur. Ən dərin çökəklik Marian çökəkliyi (11022 m) bu okeandadır. Filippin dənizində yerləşir. Sakit okeanın 19-dan çox dənizi vardır. Bunların əksəriyyəti okeanın qərbində, Avrasiya ilə əlaqədar adalarda yerləşir. Sakit okeanında 10000-dən çox ada vardır. Okeanda mənşəyinə görə adaların bütün tiplərinə rast gəlmək olar. Bunlardan ən böyükləri Saxalin adası, Yapon adaları, Filippin adaları, Kalimantan və Yeni Qvineyadır.Yağışlı Amazon meşələri
250 il bundan əvvəl Cənubi Amerikadakı yağış meşələrinə ilk ayaq basan avropalı tədqiqatçılar gördükləri müxtəliflik qarşısında heyrətə düşmüşdülər. Əsrlər əvvəl kəşf edildikdə insanı heyrətə salan yağış meşələri içində saxladığı müxtəlif bitki və heyvan növləri ilə təkamülçülərin iddialarını alt-üst etmişdir.
Yağış meşəsi və ya tropik meşə deyərkən ilk ağla gələnlər göz oxşayan kəpənəklər, orijinal görünüşlü böcəklər, rəngarəng quşlar, geniş yarpaqlı, böyük və yamyaşıl ağaclardır. Yağış meşələri ekvatora yaxın bölgələrdə iç-içə keçmiş, daim yaşıl və yüksək ağaclardan ibarət olan meşələrdir. Bu meşələrin ən mühüm xüsusiyyəti isə çox sayda heyvan və bitki növünü saxlamasıdır.
Milyonlarla kvadrat kilometrlik bir tropik meşənin, demək olar ki, hər yeri çox müxtəlif canlı növlərinin yuvasıdır.
250 il bundan əvvəl Cənubi Amerikadakı yağış meşələrinə ilk ayaq basan avropalı tədqiqatçılar gördükləri müxtəliflik qarşısında heyrətə düşmüşdülər. Hər yeni tədqiqat da buradakı bitki və heyvan növlərinin zənginliyini bir daha sübut edir.
250 il bundan əvvəl Cənubi Amerikadakı yağış meşələrinə ilk ayaq basan avropalı tədqiqatçılar gördükləri müxtəliflik qarşısında heyrətə düşmüşdülər. Hər yeni tədqiqat da buradakı bitki və heyvan növlərinin zənginliyini bir daha sübut edir.
Tropik qurşaqdakı bir meşə digər meşələrdən olduqca fərqli bir quruluşdadır. Bir yağış meşəsində geniş gövdələrində müxtəlif şibyə və göbələk növləri olan təxminən 50 metr uzunluğundakı ağaclar var. Çox sayda quş, böcək, heyvan növü bu ağacların üst təbəqəsində həyatlarını davam etdirir. Hündür ağacların altında, palma sidr, maun, əncir kimi orta hündürlükdə müxtəlif ağaclar olur.
Bunların gövdələri də rəngbərəng çiçəklər, kaktuslar, ayıdöşəyi bitkisi və yosunlarla örtülüdür. Meşənin ən alt təbəqəsi olan otlar isə olduqca sıx bir bitki örtüyü meydana gətirir və böyük bir zənginlikdəki böcək, bakteriya və göbələk növlərinə ev sahibliyi edir. Qısası, bir yağış meşəsinin ən xarakteristik xüsusiyyəti insanı heyrətə salan canlı müxtəlifliyidir.
Quru torpağın yalnız 7%-ini meydana gətirən yağış meşələrində yer üzündəki bitki və heyvan növlərinin 50%-dən çoxu yaşayır. Tədqiqatçılar bu nisbətin biomüxtəliflik haqqındakı məlumatımızın artmasıyla dəyişə biləcəyini ifadə edir. Bununla bağlı, Smithsonian İnstitutunun tanınmış tədqiqatçısı Thomas Lovejoy mühüm bir təsbit etmişdir: "Daha çox tədqiqatçı tropik meşəni fərqli üsullarla araşdırdıqca, daha çox biomüxtəlifliyin mövcud olduğu aşkarlanır." (Thomas E. Lovejoy, "Biodiversity: What Is It?", s. 8, Marjorie L. Reaka-Kudla, Don Wilson Biodiversity II, Vaşinqton D. C, 1997)
Həmin müxtəlifliyi gözünüzdə canlandıra bilməyiniz üçün bir neçə nümunə verək: Bir hektar (10.000 metr kvadrat/kadr) tropik meşə 600-dən çox ağac növü saxlaya bilər. (M. Encarta Encyclopedia 2001 Deluxe Edition CD, "Rain Forest".)
Amazon Hövzəsinin bir bölgəsində bir gün içində 440 növ kəpənək toplana bilir. (M. Encarta Encyclopedia 2001 Deluxe Edition CD, "Amazonian Biodiversity") Tək bir ağacın üzərində 43 müxtəlif qarışqa növü; 650 fərqli böcək növü görünə bilir. Yenə bu bölgədəki bir
Diqqət yetirin. Yuxarıda bəhs edilən ədədlər müəyyən bir mühitdəki canlıların cəminin sayı deyil; canlı növlərinin sayıdır. Bu böyük ədədlərə əlavə olaraq insanda heyrət oyandıran digər bir varlıq da yağış meşələrində bəzi ekspertlərə görə, milyonlarla, bəzilərinə görə on milyonlarla canlı növünün mükəmməl bir uyğunluq və əməkdaşlıq içində yaşamasıdır.
Ümumiyyətlə yağış meşələri torpağının zəngin və məhsuldar olduğu zənn edilir. Ancaq bu qənaətin doğru olmadığı qısa bir zaman əvvəl aydın olmuşdur. Bu meşələrin torpağı digər meşələrinki ilə müqayisədə qida baxımından kasıbdır. (M. Encarta Encyclopedia 2001 CD, "Environment, Tropical Forest) Kasıb torpaqdan çox zəngin bitki müxtəlifliyi çıxdığı sualına gəlincə, bunun cavabı yağış meşəsi ekosisteminin qüsursuz dizaynındadır.
Tropik meşələrdəki canlı müxtəlifliyi bir bütün halında və qarşılıqlı həssas tarazlıqlara əsaslanaraq yaradılmışdır. Məsələn, yağış meşəsinin ən alt təbəqəsində yaşayan mikroskopik canlılara, kiçik böcəklərə və göbələklərə nəzər salaq. Bunlar nəhəng ağaclar və kiçikli-böyüklü heyvanlarla müqayisədə olduqca kiçik ölçülərdədir; ancaq mühüm vəzifələr yerinə yetirirlər: Meşənin təmizliyindən və torpağın məhsuldar vəziyyətə gətirilməsindən məsuldurlar. Ağaclardan düşən yarpaq və budaqları, ölü heyvanları qiymətləndirərək ekosistemə geri qaytarırlar. Beləcə heç bir şey israf edilmir. Professor Edward Wilson bu mexanizmin əhəmiyyətini belə izah edir: "Yarpaqkəsənlər və digər qarışqa növləri, bakteriyalar, göbələklər, termitlər və axarlarla birlikdə ölü bitkilərin çoxunu işləyir və qidalandırıcı maddələri bitkilərə geri çevirərək böyük tropik meşələri qoruyur." (Təbiətin Gizli Bağçası, Tübitak Məşhur Elm Kitabları, 2000 s. 134)
Yağış meşələrində neçə milyon canlı növü yaşadığını hələ bilmirik. Ancaq bunu çox yaxşı bilirik: Bu ekosistemlərdəki hər növün vəzifəsi və əhəmiyyəti fərqlidir və milyonlarla növ mükəmməl bir uyğunluq içində yaşayır. Bu həqiqət Elm və Texnika jurnalında Amazondakı yağış meşələrinin izah edildiyi bir məqalədə belə dilə gətirilir:"Amazon Hövzəsindəki bu kompleks ekosistemdə növlərin davamlılığı bir-birlərinin həyatına möhkəm bağlıdır. Bitki, ya da heyvan olmasından asılı olmayaraq, hər bir növ bu milyon hissəli sistemin kiçik bir hissəsidir. Ağacların, ağaclardakı epifitlərin (torpaqda köklənməyə ehtiyac duymayan bitkilər) və göbələklərin, meymunların, vampir yarasaların, qartalların, tutuquşuların, çaydakı timsahların, su zambaqlarının gözlə görünməyən mikroorqanizmin içində yaşadıqları bu nəhəng ekosistemə kömək edir. Burada çox həssas tarazlıqlar var. Yağış meşəsi bütün bu növlərlə birlikdə mövcud olur. Tək bir növün belə aradan qalxması bir çox tarazlığı pozur." (Çağlar Sunay, Elm və Texniki Aprel 1999, s. 75)
Burada mühüm bir məsələyə də diqqət etmək lazımdır: Əncir ağcaqanadının bədən və ağız quruluşu ilə çiçəyin quruluşu və çoxalma orqanları; böcəyin uçuş proqramı ilə çiçəyin açılma zamanlaması kimi xüsusiyyətlər tam bir uyğunluq içindədir. Növlər arasındakı bu uyğunlaşmanı açıqlamaq isə Darvinizm üçün hər zaman böyük bir problem olmuşdur. Bu faktın yalnız bir izahı var: Bitkilər və heyvanlar arasındakı uyğunluq bənzərsiz bir dizaynın nəticəsidir. Bu sistemin zaman içində kiçik dəyişiklərlə, təkamülün şüursuz mexanizmləriylə inkişaf ehtimalı yoxdur. Məsələn, Xanthopan morganii adlı bir kəpənək növü və bir növ Madaqaskar səhləbkimi çiçəyi arasındakı uyğunlaşmanı araşdıraq. Bu kəpənək nektar toplayarkən 30-35 sm uzunluğundakı xortumunu bu səhləbkiminin təxminən 30 sm dərinliyindəki çiçəyinin içinə doğru uzadır və onun döllənməsini təmin edir. Çiçəyin dərinliyindəki yumurtanın döllənməsi üçün bu səhləbkimi bu uzunluqda xortumu olan bir böcəyə ehtiyac duyur; yəni hər iki növün bir-birləriylə uyğunluq içində olmaları məcburidir. Təkamülçülər bu vəziyyət qarşısında çıxılmaz vəziyyətdədirlər. Çünki bir-birindən ayrı olan bu iki növün bir-birlərinə paralel bir "təkamül müddəti"ni bərabərzamanlı bir şəkildə keçirmələri mümkün deyil.
Bunu belə açıqlayaq: Madaqaskar səhləbkimi çiçəyinin və həmin Xanthopan morganii növü kəpənəyin daha qısa bir boya və xortuma malik olan əcdadlarının olduğunu fərz edək. (Təkamül nəzəriyyəsinə görə, bu ehtimalla yola çıxmaq lazımdır.) Bu vəziyyətdə, hər iki növün də bir-birləriylə bərabərzamanlı olaraq uzanmaları, bunun üçün kəpənəyin və səhləbkiminin bərabərzamanlı olaraq xortum və ya kanal boylarını uzadan mutasiyalara məruz qalmaları, bu mutasiyaların bu canlılarda (heç nümunəsi görünməmiş bir şəkildə) yalnız faydalı bir dəyişiklik etməsi; mutasiyaya uğrayan fərdlərin eyni yerdə və yan-yana olmaları; bir-birləri ilə təmasa keçmələri; digər mutasiyaya uğramamış fərdlərə görə daha üstün olub çoxalmaları və bu mutasiya-seleksiya müddətinin milyonlarla il boyu həmişə təsadüfən "səhvsiz" olaraq davam etməsi lazımdır.
Buna inanmaq bir qıfıl ilə onu açan açarın ayrı-ayrı və bir-birlərinə uyğun bir şəkildə "təsadüfən" meydana gəldiklərinə inanmaq kimidir. Halbuki, aydındır ki, buradakı şüurlu dizayn ən incə detalına qədər aləmlərin Rəbbi olan Allaha aiddir. " Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah’ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır." (Bəqərə surəsi, 164)/Elm və təbiət
www.faktxeber.com
Şərqi və Qərbi Almaniya vahid bir dövlətdə birləşmişlər.
Ölkələr
Azərbaycan
Azərbaycan
Respublikası Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında Avropa və Asiya
qitələrinin qovşağında yerləşir.
Əsas məlumatlar:
Ərazisi:
86 min kv.km-dən çox
Əhalisi:
8,2 milyondan artıq
Pul
vahidi: manat
Dövlət
dili: azərbaycan
Paytaxtı:
Bakı. Xəzər
dənizinin sahilində yerləşir. Qədim ənənələri,
mədəniyyət nümunələri ilə məşhurdur. Burada dram, opera teatrları, tarix və incəsənət muzeyləri,
milli kitabxana, akademiyalar, universitetlər, milli dənizkənarı park,
fontanlar bağı, abidələr var.
Görməli
yerlər: Azərbaycanda gəzməli və görməli yerlər həddindən çoxdur. Bakıda İçəri şəhər, Qız qalası, qədim insan məskəni
Qobustan, Gəncədə Şah Abbas məscidi, Cavadxan türbəsi, əsrarəngiz Göy Göl, Şəkidə
Xan sarayı, Şamaxıda yaylaqlar qoynunda rəsədxana, Qubada Cənnət bağı,
Naxçıvanda Mömünəxatun məqbərəsi.
Mənzərəsi:
Doqquz
iqlim qurşağına malik ölkənin mənzərəsi çox rəngarəngdir. Burada zirvəsi əbədi
qar-buz olan uca dağlar, bol tarlalı düzlər, meşələr var. Ölkənin faunası və
florası çox zəngindir. Ən uca nöqtə-Qızıl qaya massivində Heydər Əliyev zirvəsi
(4309 m). Ən uzun çay-Kür (ərazidə 500 km).
Əsas sahələr:
Neftçıxarma, Neftqayırma, Kimya, Maşınqayırma, Kənd təsərrüfatı, Xalçaçılıq.
Böyük Britaniya
Böyük
Britaniya Avropanın şimal-qərb sahilində, Britaniya adalarında yerləşir. Dörd
dövlətdən: Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərədən ibarətdir.
Ərazisi:
244046 kv.km
Əhalisi:
58 mln. Nəfərdən çox
Pul
vahidi: funt sterlinq
Başqa
adları: Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığı və ya Britaniya
Paytaxtı:
London.
Mənzərəsi:
Ən uca dağlar Uelsdə və Şotlandiyadadır. Ən yüksək nöqtə-Şotlandiyada Ben-Nevis
dağı (1343 m). Ən uzun çay-Uelsdən İngiltərəyə axan Severn çayı (391 km).
Sənayenin əsas
sahələri: Kimya, elektron, toxuculuq, ağır maşınqayırma, neftayırma.
Diqqətçəkən
yerləri: Böyük Britaniyada tarixi yerlər, qədim şəhərlər çoxdur. Bu ölkə özünün
kral sarayları, əzəmətli binaları ilə dünyada məşhurdur. London qülləsi indi
muzeydir. O, Böyük Britaniyanın ən böyük abidələrindəndir.
Fransa
Ərazisi:
551000 kv.km
Əhalisi:
59 milyondan çox
Pul
vahidi: Fransa frankı
Dövlət
dili: fransız
Paytaxtı:
Paris
O,
dünyanın moda və incəsənət mərkəzidir. Şəhərdə çoxlu şəkil qalereyaları və
muzeylər var. Parisdəki məşhur Eyfel qülləsi dəmir konstruksiyalardan düzəldilib,
hündürlüyü 300 metrdir.
Mənzərəsi:
Fransada mənzərəli dağlardan, çay vadilərindən tutmuş günəşli çimərliklərə qədər
landşaftın bütün müxtəlifliklərinə rast gəlmək olur. İtaliya ilə sərhəddə yerləşən
Monblan dağlarının hündürlüyü 4807 metrdir. Ən uzun çay-Laura (1012 km).
Diqqətçəkən
yerlər: Alp dağlarında xizəklə sürüşmək, Aralıq dənizində çimmək, çoxlu
miqdarda qəsrləri və sarayları ziyarət etmək olar. Avrosidneylend Parisin
yaxınlığındadır.
Əsas sahələr:
kənd təsərrüfatı, şərabçılıq, turizm, moda, avtomobil, kimya sənayesi.
İspaniya
İspaniya
–Avropanın Cənub-qərbində,Piriney
yarimadasında yerləşir.Bu,qitənin üçüncü
böyük ölkəsidir.
Ərazisi: 504782 kv.km
Əhalisi: 39 milyondan çox
Pul vahidi: peseta
Dövlət dili: ispan
Mənzərəsi: İspaniya dağlıq ölkədir.Mərkəzdə geniş yaylalardır.Ən
yüksək nöqtə-Mulansen dağı (3478 m).Ən uzun çay –Taxo (1007 km )
Görməli yerləri: İspaniyada tarixi yerlər və
saraylar çoxdur. Onlar 711-ci ildə Afrikadan buraya gəlmiş mavrlar tikmişlər.Cənubda
çoxlu sayda çimərliklər var.
Əsas sahələr: Turizm, Şərabçılıq, Kənd təsərrüfatı,
Avtomobil, Kimya, Elektron
Almaniya
Almaniya Avropanın 9 ölkəsi ilə həmsərhəddir.1990-cı
ildə
Ərazisi: 357000 kv.km
Əhalisi: 82 milyona yaxın
Pul vahidi: alman markası
Dövlət dili: alman
Paytaxtı: Berlin. İkinci Dünya müharibəsindən sonra bu şəhər siyasi məqsədlər
naminə hündür hasarla 2 hissəyə bölünmüşdü.1990-cı ildən insanlar bütün şəhərdə
rahat gəzə bilirlər.
Əsas sahələr: Kimya, Avtomobil, Maşınqayırma, Kömür,
Gəmiqayırma
Mənzərəsi: Reyn və Şvarvald şaylarının vadisi (Qarameşə)
xüsusilə gözəldir və buna görə də məşhurdur.Ən yüksək nöqtə-Zyuqspitse dağı
(2963 m).Ən uzun çay-Reyn(1320 km).
Norveç
Ərazisi: 387000 kv.km
Əhalisi: 4 milyon nəfərdən çox
Dövlət dili: norveç
Paytaxtı: Oslo-dünyada ən böyük şəhərlərdən
biridir,ancaq burada cəmi 5000 əhali yaşayır.
Mənzərəsi: Norveçin uzun dəniz sahili özünün
buxtaları ilə məşhurdur.Onlar Ford adlanır.Ən uca dağ-Qalxyeppigen (2470 m) ,ən
uzun çay –Qlomma (6000 km).
Əsas sahələr: Neftqayırma, Kağız, Ağac emalı, Balıqcılıq
İsveç
Ərazisi: 449964 kv.km
Əhalisi: 8 milyondan çox
Pul vahidi: isveç kronu
Dövlət dili: isveç
Paytaxtı: Stokholm. Bu şəhər zəncirvari adalarda
tikilib. Paytaxtı kral sarayı və çoxlu tarixi binalar var.
Mənzərəsi: İsveçin ərazisinin yarıdan çoxusu meşələrlə
örtülüdür.
Əsas sahələr: Ağac emalı, Avtomobilqayırma, Elektron,
Dağ-mədən, Kimya
Misir
Ərazisi: 1001449 kv.km
Əhalisi: 64 milyondan çox
Pul vahidi: Misir funtu
Dövlət dili: ərəb
Paytaxtı: Qahirə. Qədim abidələr və tarixi yerlər
burda cəmlənmişdir. Qədim Misirin mədəniyyəti 5000 il bundan əvvəl başlayır.
Gizədəki piramidalar fironların-o dövrün hakimlərinin sərdabələridir.
Mənzərəsi: Nil çayı Misiri iki yerə bölür.Otlarla məhsuldar
torpaqlar onun vadisi boyu uzanır. Ölkənin qalan hissəsi qum səhralarıdır. Ən
yüksək dağ-Vabal-Katrina (2637 m). Ən uzun çay-Nil (6670 km).
Görməli yerləri:
Bəzi fironlar Çarlar vadisində dəfn olunublar.
Onların sərdabələrindəki zinətləri muzeylərdə və sərgilərdə görmək olar.
Luksorda və Abu-Simbledə nəhəng məbədlər var.
Əsas sahələr: Turuzm, Toxuculuq, Neft
ELA BU GOZEL MELUMATLARDI
YanıtlaSilcox gozel saytdi .cox beyendim esas melimatlar var
YanıtlaSil