22 Mayıs 2013 Çarşamba

Qəribə binalar


1. 1851-ci ildə Londonda inşa edilmiş Büllur saray
büyünlükdə şüşədən quraşdırılıb. Metal çərçivələrin içərisinə 300 mindən çox şüşə doldurulub.


2. Çin imperatorları Pekinin mərkəzində özünün sarayları, gölləri və bağları olan xüsusi şəhərlərdə yaşayırdılar. Başqa adamların oraya daxil olmasına icazə verilmirdi. Ona görə də bu şəhər qadağan şəhəri adını almışdı.


3. Fransa krallarının Versaldakı dünyada ən böyük sarayının uzunluğu 580 metrdir. Onu 1682-ci ildə XIV Lüdovik üçün tikmişlər.



4. Dünyada ən qəribə binalardan biri ABŞ-da, Kaliforniyadadır. Onun sahibi Sara Vinçester kabuslardan qorxurdu və elə hesab edirdi ki, evdə tikinti davam etsə ruhlar onu narahat etməz. Bina 38 ilə tikilib. Başlanğıcda otaqların sayı 18, qurtaranda isə 160 olub.

5. 1869-cu ildə Almaniya kralı Lüdviq Bavarski çoxsaylı qüllələri olan nağılvari qəsr tikdirməyə  başlamışdır.


Dünyanın təbiət, memarlıq və sairə möcüzələri ilə daha yaxından tanış olmaq istəyirsinizsə, blogda "Dünyanın möcüzələri" bölməsinə daxil ola bilərsiniz.

Hiç yorum yok:

Yorum Gönder