Dünyanın möcüzələri

Mühəndis möcüzələri

1. Britaniyada Adriana divarlarını romalılar 122-ci ildə tikməyə başlamışlar. İngiltərənin şimalında 118 km uzanan bu nəhəng qurğu cəmi 4 ilə tikilmişdir.



2. Hambersaydda (Böyük Britaniya) Hamber çayı üzərində salınmış körpü dünyada ən uzun körpüdür. Onun dayaqları arasındakı məsafə 1410 metrdir.



3. Vaşinqtondakı (ABŞ) Qrand-Kuli bəndini uzunluğu 1272 m, hündürlüyü 167 m-dir. Bu, dünyada ən çox beton işlədilən  tikintidir. 




4. Dünyada ən böyük sədd olan Çin səddinin uzunluğu 600 km-dən çoxdur. Bu sədd yadellilərin ölkəyə basqınlarının qarşısını almaq üçün inşa edilib. 



5. Xarbor-Bridc körpüsü Sidney buxtasını kəsir və dünyada ən enli körpüdür.  Eni 48,8 metrdir. Bu körpüdən 2 dəmiryol xətti, səkkizzolaqlı şose yolu, velosiped və piyada yolu keçir.



Qədim Dünyanın 7 möcüzəsi


E.ə. II əsrdə sidonlu yunan Antipart o zaman mövcud olan 7 ən gözəl tikilini təsvir etmiş və onları "qədim dövrün möcüzələri", yaxud "dünyanın yeddi möcüzəsi" adlandırmışdır.


1. Yunan allahlarının başçısı Zevsin monumenti fil sümüyündən və mərmərdən düzəldilmişdir. Hündürlüyü 12 m olan bu abidə Yunanıstanda Olimp dağlarında ucaldılmışdır.






2. Misirdə İskəndəriyyə Farosu dəniz mayakıdır. Hündürlüyü 122 metrdir.









3. Gizədəki piramidalar fironların və qədim Misir hökmdarlarının dəfn olunduqları yerlər olmuşdur. Onları gələcək həyatda lazım olacaq bütün əşyalarla, o cümlədən ərzaq, mebel və bəzək şeyləri ilə birgə basdırırdılar.





4. Qədim yunanlar özlərinin çoxsaylı allahlarına səcdə etmək üçün məbədlər tikirdilər. Efesdəki (Türkiyə) Artemida məbədi ov və məhsuldarlıq allahının şərəfinə ucaldılmışdır. 




5. Çar Mavsol Qalikarnasda (Türkiyə) özünə dünyada ən böyük sərdabə tikdirmək qərarına gəlir. Mavsoldan sonra bu cür dəbdəbəli qəbirləri mavzoley adlandırıblar.





6. Rodos nəhənginin hündürlüyü 37 metrdir, tuncdan tökülüb, Günəş allahı Heliosun şərəfinə bu misilsiz abidə Aralıq dənizindəki Rodos adasında ucaldılıb.






7. Vavilon hökmdarı Navuxodonosor Mesopotamiyada öz arvadı Semiramida üçün əzəmətli asma bağlar saldırmışdır. Daş sütunlar piramida şəkilli qaldırılmış və onların üstündə qeyri-adi ağaclar əkilmişdir.




Ecazkar qayalar


Dünyanın ən uzun dağ silsələsi Cənubi Amerikadakı And sıra dağlarıdır. Onun uzunluğu 7660 km-dir.




Ən böyük və dağıdıcı vulkan 1883-cü ildə İndoneziyada püskürmüş Krakatau vulkanı olmuşdur. Onun kraterindən çıxan daşlar 25 km hündürlüyə qalxmış və külü 5000 km-dən uzağa səpələnmişdir.




Dünyanın ən uca nöqtəsi Himalay dağlarındakı Everest zirvəsidir. Onun hündürlüyü 8848 metrdir. İlk dəfə bu piki 1953-cü ildə Yeni Zellandiyalı Edmund Xillari və Şerp Tenstinq Norgey fəth etmişlər.





E.ə. 79-cu ildə püskürən Vezuviy vulkanı Romanın Pompey şəhərini bütövlükdə öz altına alıb. Bir çox əsrlərdən sonra onun altından çox yaxşı qalmış binalar və mozaikalar tapılmışdır.



Qəribə binalar


1. 1851-ci ildə Londonda inşa edilmiş Büllur saray
büyünlükdə şüşədən quraşdırılıb. Metal çərçivələrin içərisinə 300 mindən çox şüşə doldurulub.


2. Çin imperatorları Pekinin mərkəzində özünün sarayları, gölləri və bağları olan xüsusi şəhərlərdə yaşayırdılar. Başqa adamların oraya daxil olmasına icazə verilmirdi. Ona görə də bu şəhər qadağan şəhəri adını almışdı.


3. Fransa krallarının Versaldakı dünyada ən böyük sarayının uzunluğu 580 metrdir. Onu 1682-ci ildə XIV Lüdovik üçün tikmişlər.



4. Dünyada ən qəribə binalardan biri ABŞ-da, Kaliforniyadadır. Onun sahibi Sara Vinçester kabuslardan qorxurdu və elə hesab edirdi ki, evdə tikinti davam etsə ruhlar onu narahat etməz. Bina 38 ilə tikilib. Başlanğıcda otaqların sayı 18, qurtaranda isə 160 olub.

5. 1869-cu ildə Almaniya kralı Lüdviq Bavarski çoxsaylı qüllələri olan nağılvari qəsr tikdirməyə  başlamışdır.





Möcüzəli qüllələr



1. Pizedeki (İtaliya) yıxılan qüllə dünyada ən məşhur qüllədir. Onun tikintisi 1350-ci ildə başa çatmışdır. Hündürlüyü 56 metrdir. Qüllənin ağırlığından yumşaq torpaq çökmüş və 0,4 metr yana əyilmişdir.


2. Parisdəki (Fransa) məşhur Eyfel qülləsini 1889-cu ildə Aleksandr-Qustav Eyfel sərgi üçün inşa etmişdir. Polad bloklardan quraşdırılmış qüllənin hündürlüyü 300 metrdir.



3. Ən uca müasir televiziya qülləsi Kanadanın Toronto şəhərindədir. Hündürlüyü 553,34 metrdir. Qüllədəki restorandan 120 km ətrafı seyr etmək olur. 


4. Bakının İçəri şəhərindəki Qız qalası dünyanın əfsanəvi qüllələrindəndir. Qala XIII əsrin yadigarıdır. Vaxtilə Xəzərin suları içərisində olub.






Əyləncə möcüzələri


Qədim yunanlarda açıq teatrlar çox populyar olmuşdur. Tamaşalar baxçaq üçün Epidavr teatrının tribynalarına 14 min tamaşaçı toplaşırdı. Ən yuxarıda oturanlar da aktyorların səsini aydın eşidirdilər.


Floridadakı Uolt Disney dünyası dünyada ən böyük əyləncə parkıdır. Orada olan hər şeyi görmək üçün 5 gün vaxt lazımdır. 


Roliklər üstündə dəmir yolu formasında ən uzun attraksion (2 km-dən çox) Böyük Britaniyanın "Layueter Velli" əyləncə parkındadır.


Ən böyük futbol stadionu Braziliyanın Rio De Janeyro şəhərindədir. Onun tribunasında 205 min adam otura bilir.




Təbiət möcüzələri



Qütb parıltısı

Şimal Şəfəqi göydə hərəkət edən müxtəlif rəngli işıq zolaqlarına bənzəyir. Bu möcüzəli hadisə yerin qütblərində baş verir. Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionlaraın, Yerin maqnit sahəsinə daxil olması hadisəsidir. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğu hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən  hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də Qütb parıltısı əmələ gəlir. Qütb parıltısını aşağıdakı videogörüntüdə izləyə bilərsiniz.






İlğım

Atmosferdə yüksək hərarət zamanı gedən proseslərin yaratdığı ilğım su səthi və yaxud uzaqlaşan obyekt təsəvvürü yaradır.  Geniş yayılmasına baxmayaraq ilğım (vahə) həmişə mistik hiss yaradır. Halbuki, ilğım sadəcə qızmar havanın optik xüsusiyyətlərinin dəyişməsi ilə əlaqədardır. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur. Bu hadisəni aşağıdakı videoda izləyə bilərsiniz.






Venera qurşağı (halqası)


Ala toran vaxtı, günəşin çıxmasına yaxın və ya onun batmasından dərhal sonra üfüqdə göyün bu hissəsi rəngsiz, digər hissəsi isə çəhrayı rəngdə olur. Bu hadisə Venera qurşağı adlanır. Rəngsiz zolağı artıq qaralmış və mavi göy arasında hər tərəfdə, hətta günəşin əks istiqamətində də görmək olar. Venera qurşağının yaranmasını çıxan və ya batan günəşin şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. 





Ən böyük amfiteatr


Dünyada möcüzəli tikinti kimi məşhur olan Flavi amfiteatrı və ya Kolizey  Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri  tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış 80-ci ildə başa çatdırılmışdır
Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. 405-ci ildən qladiator döyüşləri ləğv edilsə də vəhşi heyvanlara qarşı döyüşlər hələ də keçirilməkdə davam edirdi. Tamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirmişlər. Bunlardan dördü xüsusi olaraq imperator, mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdur. Tikilinin giriş, pilləkan və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunmaqdadır. Bu texniki imkan 15 dəqiqə ərzində arenanın dolmasını və 5 dəqiqə ərzində boşalmasını təmin edir. Bugünkü hesablamalara görə Kolizey rahat
50 000 tamaşaçı qəbul etmək imkanına malik olmuşdur. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları üçün nəzərdə tutulmuş, eyni zamanda Pulvinar adlandırılan imperator lojası daha hündürdə yerləşirdi. Daha sonra tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus  yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu. Kolizey ellips formasına malik olub, eni 156 m, uzunluğu 188 m, çevrəsi 527 m, hündürlüyü 48 m-dir. Üstü xüsusi tent vasitəsilə günəş şüalarından qorunmaq üçün örtülürmüş., döşəməsi taxtadan olub altında 7 m dərinliyində zirzəmi yerləşmişdir. Burada əsasən vəhşi heyvanların qəfəsləri yerləşirmiş. Kolizey qədimdən Romanın əzəmət simvolu olmuşdur. VIII əsr səlnamələrində belə bir ifadə mövcuddur ki, "Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq".





Hiç yorum yok:

Yorum Gönder