25 Mayıs 2013 Cumartesi

Əli Kərim

Əli Kərim 22 mart 1931-ci ildə Azərbaycanın Göyçay şəhərində dünyaya gəlmişdir. Atası Paşa kiçik bir idarəçi olmuşdur. Orta təhsilini bitirdikdən sonra M.Əlivev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində üç illik təhsil almışdır. (1949-1951). Sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmuşdur. Buranı fərqlənmə diplomu ilə bitirmişdir (1951-1955). İş həyatına "Azərbaycan" jurnalında ədəbi işçi olaraq başlamış (1959), ömrünün sonuna qədər də bu jurnalın poeziya şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Ədəbi yaradıcılığa 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində nəşr olunan "Təzə müəllim" şeriylə başlamışdır. 1957-ci ildə Moskvada tələbələrarası VI. Ümumdünya Festivalında "İlk simfoniya" adlı poeması mükafata layiq görülmüşdür.
Hələ Moskvada tələbə ikən qələmə alıb nəşr etdiyi "İki sevgi" və "Qaytar ana borcunu" əsərləri ədəbiyyata yeni bir qələmin imzasının gəlişindən xəbər verirdi. 1950-ci illərdə qələmə aldığı "Daş" şeiri isə ədəbiyyatın təbiət elmləriylə bütünləştiyindən xəbər verən ilk və qiymətli bir əsərdir. "Şəhidliyin zirvəsi", "Füzuli", "Babəkin qolları", "Bülbülün xatirinə", "Habilə", "Kürə yağış yağırdı" – bədii təhlillərlə, psixologi şərhlərlə, düşüncə yumaqlarıydı hörülmüş bu şeirlər; Azərbaycan ədəbiyatında 1960-cı illərin öndə gələn bədii örnəklərindəndir. Predmetli, assosiativ fərdi üslub şairin epik tərzdə yazdığı şeirlərində də nəzərə çarpır. "İlk simfoniya"dan sonra "Üçüncü atlı" da gerçəkçi bir psixologiya ilə qələmə alınır. Əsər romantik rus şairi M.Y.Lermontova, onun Qafqaz səfərinə, Türk ruhuna və dilinə bəslədiyi böyük sevgi üzərinə qurulur. "Bir səs haqda ballada", "O mənə danışdı ki", "Heykəl və heykəlin qardaşı" pyesləri də həm şəkil-üslub, həm də düşüncə baxımından 1960-cı illərdə Azərbaycan mətbuatında büyük maraqla qarşılanan əsərlərdir. Şair mənzum əsərlər də qələmə almış; "Mavi nəğmənin sahillərində" pyesini və "Pillələr" romanını mənzum nəsr tərziylə yazaraq ədəbiyyatın bu sahəsinə də möhürünü vurmuşdur. 30 iyul 1969-cü ildə Bakıda vəfat etmiştir. Göyçayda torpağa tapşırılmışdır.

Göyçayın tanınmış insanlarının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat "Mənim Göyçayım" bölməsindədir.

"Qaytar ana borcunu!"




mənbə: vikipedia.az

        

Hiç yorum yok:

Yorum Gönder