26 Mayıs 2013 Pazar

Azərbaycan nağılları

Ən qədim irslərimizdən biri də nağıllarımızdır. Azərbaycan nağıllarının səsli variantını dinləmək uşaqlar üçün daha maraqlıdır.

Azərbaycanın xalq nağılı "Cırtdan"
Səsləndirdi: Ofeliya Sənani




"Tık-tık xanımın nağılı"
Səsləndirdi: Hüseynağa Sadıqov





"Şəngülüm, Şüngülüm, Məngülüm"
Səsləndirdi: Mirvari Novruzova





Daha çox Azərbaycan nağıllarını dinləmək istəyirsinizsə, "Azərbaycan nağııları" bölməsini ziyarət edə bilərsiniz.

25 Mayıs 2013 Cumartesi

Milli qəhrəmanlar

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban verən milli qürur mənbələrimizi-milli qəhrəmanlarımızı tanımaq hamının borcudur!
Biz onlarla fəxr edirik!


Çingiz Mustafayev

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə  köçmüşdür. 1977-ci  ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü  ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirmişdir. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi vardı.1990-cı il 10 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdır. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı.

Döyüşlərdə iştirakı 

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər. Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin  1992-ci ilə  qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu.  1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.
mənbə: vikipedia.az

Milli qəhrəmanlarımız haqqında daha ətraflı məlumatlar "Milli qəhrəmanlarımız" bölməsindədir.

Əli Kərim

Əli Kərim 22 mart 1931-ci ildə Azərbaycanın Göyçay şəhərində dünyaya gəlmişdir. Atası Paşa kiçik bir idarəçi olmuşdur. Orta təhsilini bitirdikdən sonra M.Əlivev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində üç illik təhsil almışdır. (1949-1951). Sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmuşdur. Buranı fərqlənmə diplomu ilə bitirmişdir (1951-1955). İş həyatına "Azərbaycan" jurnalında ədəbi işçi olaraq başlamış (1959), ömrünün sonuna qədər də bu jurnalın poeziya şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Ədəbi yaradıcılığa 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində nəşr olunan "Təzə müəllim" şeriylə başlamışdır. 1957-ci ildə Moskvada tələbələrarası VI. Ümumdünya Festivalında "İlk simfoniya" adlı poeması mükafata layiq görülmüşdür.
Hələ Moskvada tələbə ikən qələmə alıb nəşr etdiyi "İki sevgi" və "Qaytar ana borcunu" əsərləri ədəbiyyata yeni bir qələmin imzasının gəlişindən xəbər verirdi. 1950-ci illərdə qələmə aldığı "Daş" şeiri isə ədəbiyyatın təbiət elmləriylə bütünləştiyindən xəbər verən ilk və qiymətli bir əsərdir. "Şəhidliyin zirvəsi", "Füzuli", "Babəkin qolları", "Bülbülün xatirinə", "Habilə", "Kürə yağış yağırdı" – bədii təhlillərlə, psixologi şərhlərlə, düşüncə yumaqlarıydı hörülmüş bu şeirlər; Azərbaycan ədəbiyatında 1960-cı illərin öndə gələn bədii örnəklərindəndir. Predmetli, assosiativ fərdi üslub şairin epik tərzdə yazdığı şeirlərində də nəzərə çarpır. "İlk simfoniya"dan sonra "Üçüncü atlı" da gerçəkçi bir psixologiya ilə qələmə alınır. Əsər romantik rus şairi M.Y.Lermontova, onun Qafqaz səfərinə, Türk ruhuna və dilinə bəslədiyi böyük sevgi üzərinə qurulur. "Bir səs haqda ballada", "O mənə danışdı ki", "Heykəl və heykəlin qardaşı" pyesləri də həm şəkil-üslub, həm də düşüncə baxımından 1960-cı illərdə Azərbaycan mətbuatında büyük maraqla qarşılanan əsərlərdir. Şair mənzum əsərlər də qələmə almış; "Mavi nəğmənin sahillərində" pyesini və "Pillələr" romanını mənzum nəsr tərziylə yazaraq ədəbiyyatın bu sahəsinə də möhürünü vurmuşdur. 30 iyul 1969-cü ildə Bakıda vəfat etmiştir. Göyçayda torpağa tapşırılmışdır.

Göyçayın tanınmış insanlarının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat "Mənim Göyçayım" bölməsindədir.

"Qaytar ana borcunu!"




mənbə: vikipedia.az

        

24 Mayıs 2013 Cuma

İlk saatlar


Qədim dövrlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk Günəş saatını düzəltmək qədim misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki, batareyalı saatlar yaradılanda da istiqamət dəyişmədi və beləcə, əqrəbin soldan sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı. Maraqlıdır ki, Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, Günəş doğarkən daşın kölgəsi cənuba düşür və Günəş yüksəldikcə sola doğru dönməyə başlayar. Kim bilir, bəlkə ilk saat orada kəşf edilsəydi, bu gün əqrəblər əks istiqamətdə hərəkət edə bilərdi. Beləliklə, artıq eramızdan əvvəl III minilliyin ortalarında ən bəsit saat mövcud idi. Həmin dövrdə Qədim Misir və Yunanıstanda vaxtı üfüqi və şaquli sferblatlı Günəş saatı ilə hesablayırdılar.
mənbə: modern.az
İlk kəşflər haqqında daha ətraflı məlumat "Maraqlı kəşflər" bölməsindədir.

22 Mayıs 2013 Çarşamba

Qarabağ - qan yaddaşım


Kəlbəcər

İşğal olunmuşdur: 1993-cü il 2 aprel
Ərazisi: 1936 km2 Əhalisinin sayı 55000
Şəhid olmuşdur: 217 

Əlil olmuşdur: 49
Milli qəhrəmanlar: 2

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
  • Sənaye və tikinti obyekti: 29
  • Mədəni – məişət obyekti: 134
  • Qəsəbə və kənd: 132
  • Tarixi abidə: 87
Erməni qəsbkarları tərəfindən işğal olunan digər ərazilərimiz və eləcə də Azərbaycan haqqında digər məlumatlarla tanış olmaq üçün "Azərbaycanım" bölməsini ziyarət edə bilərsiniz.


Zəngin Fironlar


Zəngin Fironlar

Firon adlandırılan Misir hökmdarları Allah hesab edilirdi. Bütün ölkə və burada yaşayan insanlar fironların mülkiyyəti sayılırdı.
Onlar çox varlı və qüdrətli olurdu. Çar ailələri zəngin yaşayırdı, onlara yüzlərlə qul xidmət edirdi.
Misirdə kahinlər və mumiyalar
Qədim misirlilər çoxsaylı allahlara səcdə edir və axirət dünyasına inanırdılar. Onlar belə hesab edirdilər ki, yalnız ğldükdən sonra bədənləri çürüməmiş adamlar yenidən həyata qayıda bilərlər. Ona görə də qədim misirlilər canlı Allah hesab etdikləri fironların cəsədlərini bötüv saxlamağı xüsusi ilə vacib bilirdilər. Bu məqsədlə onların cəsədlərini balzamlayırdılar. Bütün müqəddəs ayinləri kahinlər həyata keçirirdi. Onlar çox qüdrətli və sözükeçən din xadimləri idi.

Kimlər mumyalanırdı?

Balzamlaşdırma çox baha başa gəlirdi. Ona görə də ancaq çar ailəsinin üzvlərini, yüksək rütbəli məmurları və kahinləri mumyalayırdılar. Kasıbları həsir və torpaq qəbirlərdə dəfn edirdilər. Bəzən heyvanları da balzamlayırdılar (pişiklər, itlər, timsahlar, meymunlar). Bu heyvanlara allah kimi inanırdılar. Məsələn, pişik şadlı ilahəsini təcəssüm etdiridi. 

Tarixin dərinliklərindən süzülüb gələn daha maraqlı məlumatlarla tanış olmaq üçün "Tarix" bölməsinə baxa bilərsiniz.

Ən böyük balina


Ən Böyük Balina


Vaxtilə Yerdə yaşamış məməlilərin ən nəhəngi olan balinanın adı-Göy balinadır. Onun uzunluğu 30 metrdən çox, çəkisi minimum 90 tondur. Bəzilərinin çəkisi bundan iki dəfə çox olur. Nəhəng olduğuna baxmayaraq Göy balina acgöz deyil. O, krillə-xərçəngəoxşar xırda varlıqlarla qidalanır. Göy balina gün ərzində 4 milyona qədər belə varlıqları udur. Göy balinanın balası 7 metr uzunluğunda doğulur. Heyvanlar aləmində bu ən iri doğulandır. Onun çəkisi təxminən 8 ton-yaşıl fildən çox olur. Qozbel balinalar saatlarla yüksək tonlu fitdən tutmuş uğultuyadək səslər çıxararaq "oxuyurlar". 

Balanın doğulması

Balinanın balası doğularkən anasının bətnindən boğulmasın deyə quyruğu irəlidə gəlir. Başı görünən kimi anası və yaxınlıqda olan dişi balinalar onu suyun üstünə qaldırırlar ki, ilk nəfəs alsın.


Balinanın sürəti

Göy balina adətən 8 km/s sürətlə hərəkət edir. Lakin narahat vaxtı 30 km/s sürətlə üzə bilir. Bəzi kiçik balinalar, məsələn, balina-pilotlar və delfinlər 50 km/s sürətlə üzə bilir.

Heyvanlar, bitkilər və insan haqqında daha maraqlı məlumatları "Biologiya" bölməsində izləyə bilərsiniz.