Vavilon
çiçəklənməyə başlamışdır. E.ə. XVIII əsrdə çar Xammurapi onun qüdrətini artıraraq ərazini daha da genişləndirmiş və güclü dövlətə çevirmişdir. Vavilonun süqutu e.ə. 1595-ci ildə başlamışdır, çünki onu xettlər zəbt etmişlər. 100 ildən sonra II Navuxodonosorun dövründə şəhər yenidən canlanmışdır. E.ə. 539-cu ildə Vavilon farslar tərəfindən işğal olunmuşdur.
Vavilonun qüdrəti
Vavilon döyüşçüləri

Əbədi həyatın sirri
Vavilonda hesablama sistemi

Vavilon heyvanları
Allahlar
İlk insanlar

Ovçuluq
Daş dövründə insanların ovladıqları ən iri heyvan-mamontlar idi. İndiki filin əcdadı olan mamontun nəhəng gövdəsinin bütün hissələrindən istifadə olunurdu. Ət qəbilənin bir neçə həftəlik yeməyinə çatırdı. Tüklü dəridən paltar və alaçıq, dişlərdən və sümüklərdən alaçıq qəfəsi, bəzək əşyaları hazırlanırdı.
Ən böyük şəhər
İndiyədək məlum olan qədim şəhərlərin ən böyüyü hazırki Türkiyənin ərazisindəki Çatal-Hyyukdur. E.ə. 6250-ci ildə onun əhalisinin sayı 6000 nəfər olmuşdur. Xarci basqınlardan müdafiə məqsədi ilə birmərtəbəli evlərin divarları çiy kərpicdən bir-birinə bitişik tikilirdi. Evlərin girişi isə damdan olurdu, nərdivanla qalxıb-düşürdülər.
Onların yeməyi
Çatal-hyyuklular ətlə qidalanırdılar. Meyvə, tərəvəz və qoz da əsas qidalardan sayılırdı. Xurma palması xüsusi qiymətli idi. Onların meyvəsi yeməyə, gövdəsi oduna yarayırdı, yarpaqlarından dam örtüyü kimi istifadə olunur, paltar və ayaqqabı üçün iplik, kəndir hazırlanırdı.
İlk ev heyvanları
Eramızdan təxminən 10000 il əvvəl insan canavarı əhliləşdirərək ev iti kimi ona digər ev heyvanlarını-qoyunu, keçini, inəyi, donuzu vəhşilərdən qorumağı öyrətmişdir.
İlk mədəniyyətlər

Hind vadisinin şəhərləri
XX əsrin 20-ci illərində Hind çayının vadisində qədim Monhenco-Daro və Xarappa şəhərləri aşkar edilmişdir. Onlar eramızdan 2000 il əvvəl salınmışdır. Bir çox müasir şəhərlərdə olduğu kimi, onların küçələri düz və paralel olmuşdur.
İlk yazı nümunəsi
İlk yazı nümunəsi qədim şumerlərə aiddir. Onlar 5000 il əvvəl yazını kəşf etmişlər. Əvvəlcə bu yazılar şəkillər olmuş, sonra çiv forması almışdır. Ona görə də indi buna çiv yazılar deyirlər.
Şumerlərin məbədləri
Hər bir şumer şəhər mərkəzində məbəd tikilirdi. E.ə. 2000-ci ildən məbədlərri böyük qüllə-zikkurat formasında inşa edirdilər. Həm də baş kahin sayılan çar dini ayinləri və qurbankəsilmə mərasimlərini məbəd qülləsinin üstündə icra edirdi.
Şumerlərin pulu
Şumerlərin nəhəng bazarları var idi. Alış-veriş müqaviləsini təsdiq etmək üçün hər bir tacirin öz silindirik möhürü olurdu. Satış palçıq cədvəllərə yazılırdı. Təxminən e.ə. 3300-cü ildən şumerlər alver zamanı palçıq jetonlardan istifadə edirdilər.Müxtəlif növ məhsulların aıveri üçün müxtəlif formalı jetonlar işlədirdilirdi.
Şumerlərdə idarəçilik

Qədim Misir

Misirdə məktubyazanlar
Misirlilərin heç hamısı oxuyub-yazmağı bacarmırdı. Mirzə adlandırılan adamlar onlar üçün məktub yazırdılar. Çar məktubları, müqəddəs mətnlər üçün mirzələr heroqliflərdən (şəkilli məktublar)istifadə edirdilər. Onlar papirus kağızı üzərində qamışdan düzəldilmiş qələmlə yazırdılar.
Parikli Misirlilər

Qədim Misir çörəyi
Kasıblar üçün çörək ən başlıca qida idi. Buğdanı və arpanı üyüdüb un alırdılar. Unu su ailə qatışdırıb xəmir alır, ona sarımsaq, yaxud bal qatır, gildən düzəldilmiş qablarda çörək bişirirdilər.
Pul vahidi-buğda
Qədim Misirdə buğda o qədər qiymətli idi ki, indan vergi ödənişləri kimi istifadə edir, başqa mallara dəyişirdilər. Buğdanı və digər qiymətli malları çəkmək üçün misirlilər dəqiq tərəzi yaratmışdılar.
Zəngin Fironlar
Firon adlandırılan Misir hökmdarları Allah hesab edilirdi. Bütün ölkə və burada yaşayan insanlar fironların mülkiyyəti sayılırdı.
Onlar çox varlı və qüdrətli olurdu. Çar ailələri zəngin yaşayırdı, onlara yüzlərlə qul xidmət edirdi.
Onlar çox varlı və qüdrətli olurdu. Çar ailələri zəngin yaşayırdı, onlara yüzlərlə qul xidmət edirdi.
Misirdə kahinlər və mumiyalar
Qədim misirlilər çoxsaylı allahlara səcdə edir və axirət dünyasına inanırdılar. Onlar belə hesab edirdilər ki, yalnız ğldükdən sonra bədənləri çürüməmiş adamlar yenidən həyata qayıda bilərlər. Ona görə də qədim misirlilər canlı Allah hesab etdikləri fironların cəsədlərini bötüv saxlamağı xüsusi ilə vacib bilirdilər. Bu məqsədlə onların cəsədlərini balzamlayırdılar. Bütün müqəddəs ayinləri kahinlər həyata keçirirdi. Onlar çox qüdrətli və sözükeçən din xadimləri idi.
Kimlər mumyalanırdı?
Balzamlaşdırma çox baha başa gəlirdi. Ona görə də ancaq çar ailəsinin üzvlərini, yüksək rütbəli məmurları və kahinləri mumyalayırdılar. Kasıbları həsir və torpaq qəbirlərdə dəfn edirdilər. Bəzən heyvanları da balzamlayırdılar (pişiklər, itlər, timsahlar, meymunlar). Bu heyvanlara allah kimi inanırdılar. Məsələn, pişik şadlıq ilahəsini təcəssüm etdiridi.
Mumya

m ilə doldurulmuş vannada qurudulur, balzam hopdurulmuş bintlə sarınırdı. Balzamlayıcı ölmüş adamın beynini xüsusi qarmaqla onun burun deşiklərindən çıxarırdı. Misirlilər beyni insan orqanizminin vacib hissəsi saymırdılar, bu səbəbdən də onu atırdılar.
Qəbri salamat qalan firon
Əksər fironların qəbri dağıdılmışdır. Ancaq 1992-ci ildə arxeoloqlar 18 yaşında vəfat
etmiş firon Tutanxamonun qəbrini tapmışlar. Tam salamat qəbirdə fironun mumiyası ilə birlikdə qızıl maska və çox qiymətli xəzinə də tapılmışdır.
etmiş firon Tutanxamonun qəbrini tapmışlar. Tam salamat qəbirdə fironun mumiyası ilə birlikdə qızıl maska və çox qiymətli xəzinə də tapılmışdır.
Piramidalar
Misirin Qədim və Orta dövr (3500-5000 il əvvəl)fironları piramidaların altında dəfn olunmuşlar. Yeni çarlıq dövründə (3000-3500 il əvvəl) fironlar Nil çayının sahilində Fivdən bir az aralı çarlar vadisində sərdabələrdə dəfn olunmuşlar.
Piramidaların tikintisi
Piramidanı tikmək üçün 4000 sənətkar, minlərlə fəhlə lazım gəlirdi. Tikinti
də əsasən vergi əvəzi kəndlilər işləyirdi. Onlar tikinti sahəsini təmizləyir, özül qoyur, daşları meydançaya daşıyırdılar. Nəhəng əhəng daşlarını yonmaq üçün bənnalar müxtəlif alətlərdən istifadə edirdilər. Piramidaların daxili hissələri yerli yümşaq daşlardan tikilirdi. Çöl tərəfdən vurulan üzlük daşları 800 km-ə qədər olan məsafələrdə olan əhəngli daş karxanalarından gətirilirdi. Hər birinin ağırlığı 50 ton-a qədər olan nəhəng daş bloklar bərələrə yüklənib çayda suyun qalxdığı mövsümdə tikinti yerinə göndərilirdi. Misirlilərin həyatında din mühüm rol oynamışdır. Məbədlər Yerdə allahların yaşayış yeri olmuşdur. Fironları sərdabələrə qoymazdan əvvəl və sonra kahinlər xüsusi mərasimlər icra edirdilər. Ona görə də məbədləri birbaşa piramidalarda tikirdilər.
də əsasən vergi əvəzi kəndlilər işləyirdi. Onlar tikinti sahəsini təmizləyir, özül qoyur, daşları meydançaya daşıyırdılar. Nəhəng əhəng daşlarını yonmaq üçün bənnalar müxtəlif alətlərdən istifadə edirdilər. Piramidaların daxili hissələri yerli yümşaq daşlardan tikilirdi. Çöl tərəfdən vurulan üzlük daşları 800 km-ə qədər olan məsafələrdə olan əhəngli daş karxanalarından gətirilirdi. Hər birinin ağırlığı 50 ton-a qədər olan nəhəng daş bloklar bərələrə yüklənib çayda suyun qalxdığı mövsümdə tikinti yerinə göndərilirdi. Misirlilərin həyatında din mühüm rol oynamışdır. Məbədlər Yerdə allahların yaşayış yeri olmuşdur. Fironları sərdabələrə qoymazdan əvvəl və sonra kahinlər xüsusi mərasimlər icra edirdilər. Ona görə də məbədləri birbaşa piramidalarda tikirdilər.

Ən böyük piramida
Qobustan qayaüstü rəsmləri

Kosmosdan görünən yeganə tikili - Çin səddi
Bəşər tarixində gələcək nəsillərə insan əlilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Vanli Çançen deyirlər.
Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal
sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu
4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə.220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar
bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li
uzadılmışdır. (1
li təqribən 576 metrdir).

Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni
vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator
Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı.
Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün
350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi. Mülki adamların
içərisində şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları
vardı.
İmperator istəyirdi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir
qüvvə yıxa və ondan aşa bilməsin. Səddin birinci hissəsinin uzunluğu 2450
kilometr olmalı idi. Uca dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən
bu tikinti çox çətin şəraitdə aparılırdı. Tikintiyə inşaat materialları əllə
daşınırdı. Və buna da yüz minlərlə insan əməyi sərf edilirdi.
Men-Tyan əvvəlcə səddin hər 100 metrliyində ucaldılan gözətçi
qüllələrinin tikintisindən başladı. Bu sayaq qüllələrin sayı isə 25 mindən çox
idi. Hər birinin hündürlüyü 12 metrə çatan qüllələr tamamlandıqdan sonra,
qüllələrin arasında hündürlüyü 7,5 metrə, bəzi yerlərdə isə 10 metrə çatan və
qalınlığı 5,5-6,5 metr olan daş divarlar tikilirdi.
Səddin bayır tərəfi yad torpaqlar
adlanırdı. Buna baxmayaraq, ölkənin mühafizəsini yaxşı təşkil etmək naminə
həmin yad torpaqlarda da 15 mindən çox gözətçi qüllələri tikilmişdi. Qüllədəki
gözətçilər gündüzlər tüstü ilə, gecələr isə tonqal qalamaqla düşmənin gəldiyini
xəbər verirdilər.
Deyildiyi kimi, 2450 kilometrlik səddin
tikintisi cəmi on ilə başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük
mükafatlarla təltif elədi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib
qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və
ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin
dövrdən Çində belə bir xalq misalı yaranıb. "Hər kərpicin sayı qədər insan
udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır". Bu deyimdə böyük
həqiqət vardı. Çünki ölən adamlar Men-Tyanın əmri ilə qala divarlarına
hörülürdü.
Sədd tikiləndən sonra onun mühafizəsi çox
ciddi qorunurdu. Belə ki, bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi
qarnizon, həm səddi, həm də səddin iç divarları boyu tikilmiş ambarları
mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd
piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq
üçün iç tərəfdən çoxlu pilləkanlar qurulmuş və yağış-qar suyunu kənara atmaq
məqsədilə daş novlar qoyulmuşdu.
Sonrakı bir neçə əsrdə Böyük Çin səddi
daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir.
Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü
ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını
itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete, Çingiz xan Böyük
Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.
Hazırda bu nadir və qeyri-adi tikinti
qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla,
Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən
qiymətli incisi hesab edilir.

Hiç yorum yok:
Yorum Gönder